Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2014-cü il dekabrın 11-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. MSK üzvlərinin müzakirəsindən sonra ərizəçilərdən biri ilə bağlı müraciətin təmin edilməsinə, digərləri ilə bağlı təmin edilməməsinə qərar verilib.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:09]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 08.05.2026 [17:22]