Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan Komissiya üzvlərinin müzakirəsindən sonra baxılması üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.
İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:55]
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
- 22.05.2026 [12:09]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 08.05.2026 [17:22]