MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Əvvəlcə komissiyanın 2006-cı il yanvarın 19-da, 24-də, 30-da və fevralın 4-də keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov Azərbaycan Respublikasının Milli Məclisinə 2006-cı il mayın 13-nə təyin edilmiş təkrar seçkilərlə əlaqədar bəzi seçki dairələri üzrə namizədliklərin təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt ikinci seçki dairələrinin hər biri üzrə 2 nəfərin, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrinin isə hər biri üzrə 1 nəfərin namizədliyinin təsdiqi barədə qərar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik olunmasına dair məsələ barədə məlumat vermişdir. MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev həmin komissiyanın üzvü təyin edilmişdir.
Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt–Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.