Mərkəzi Seçki Komissiyasının sədri Avropa seçki qurumlarının konfransında iştirak edəcəkdir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti mayın 9-dan 15-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaqdır.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər Avropa Şurası Venesiya Komissiyasının baş katibi Tomas Markertin dəvəti ilə reallaşacaqdır. Nümayəndə heyəti Vyanada keçiriləcək Avropa seçki qurumlarının 8-ci konfransında iştirak edəcəkdir. Tədbir “Dəyişən dünyada seçkilər” mövzusuna həsr olunacaqdır.
Səfər çərçivəsində MSK sədrinin bir sıra seçki qurumları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Görüşlərdə həmin qurumlarla gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır. Bundan əlavə, MSK sədrinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən təşkil olunmuş Şərqi Avropa ölkələri seçki qurumlarının koordinasiya toplantısında iştirakı da gözlənilir.
Səfərdə M.Pənahovu MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]