İQTİSADİYYAT
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib
Bakı, 18 iyul (AZƏRTAC). Bu ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə xidmətin rəhbəri Elçin Həbibov bildirib. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin borcluların kredit tarixi haqqında çıxarışları pulsuz təqdim etdiyini deyən E.Həbibov xidmətin yalnız kredit təşkilatları üçün ödənişli olduğunu vurğulayıb.
Xidmət rəisi qeyd edib ki, kredit reyestrinə sorğunu Mərkəzi Bankın rəsmi saytı vasitəsilə də göndərmək mümkündür. Şəxsiyyətin təsdiqlənməsi elektron imza - “ASAN imza” vasitəsilə həyata keçirilir.