Merve Safa Kavakçı: BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi vacib addımdır
Bakı, 15 aprel, AZƏRTAC
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi, olduqca vacib addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, audiovizual mediada uşaqların qorunması mövzusu çox əhəmiyyətlidir. “Biz bu gün uşaqların mediada hüquqlarının və dünya mediasında, sosial mediada uşaqların qorunması üçün görülməli tədbirləri müzakirə edirik. Fikrimcə, dövlət səviyyəsində institusional şəkildə uşaqların hüquqlarının qorunması istiqamətində atılacaq addımlar zəncir halında həyata keçirilməlidir. Bu zəncir parlamentlərimizdə qəbul ediləcək qanunlardan başlayaraq ailələrə, valideynlərə qədər enən mexanizmləri əhatə etməlidir. Bu məsələlər üzrə bütün ölkələr öz fikirlərini və təcrübələrini bölüşürlər”, - deyə Merve Safa Kavakçı bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]