Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşə fondu torpaqlarında qanunsuz inşa edilmiş tikililər sökülür

Bakı, 27 noyabr, AZƏRTAC

Meşə sahələrində ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması və kömür hazırlanmasında istifadə edilməsi, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə bağlı aparılan araşdırmalar, keçirilən reydlər və görülən tədbirlər son günlər mətbuatın gündəmindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bununla bağlı 70 nəfərdən ibarət xüsusi komissiya təşkil olunub və respublika ərazisində genişmiqyaslı araşdırmalar aparılır. Komissiyanın gördüyü tədbirlərlə bağlı ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev AZƏRTAC-a açıqlama verib.

-Ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı yoxlamaların ardınca meşə fondu torpaqlarından istifadə vəziyyəti də araşdırılır. Bu hansı zərurətdən irəli gəlib?

-Əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, əksinə öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının aşırı istismarı ilə insanlarda ikrah hissi yaradır. Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayır. Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınmış tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür.

-Bu istiqamətdə aparılan araşdırmaların nəticəsi məlumdurmu?

- Artıq araşdırmalara Quba rayonundan başlanılıb. Məsələn, Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər. Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb, bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib. Eyni zamanda, çınqıl, daş, asfalt, beton örtüklərlə meşə torpağının örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb. Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da vardır. Bəzi hallarda isə müqavilə müddətinin bitməsinə baxmayaraq icarədarlar meşə ərazisindən çıxmaq istəmir, torpaqdan “beşəlli” yapışır, deyir ki, bu ərazi mənimdir.

Bütün bunlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yarandığından həmin obyektlərdə söküntü işlərinə başlanılıb. Artıq bir sıra primitiv üsulla qanunsuz inşa edilmiş yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqları sökülüb. Eyni zamanda, obyektlərin sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

- Obyektlərin və sahiblərinin adları açıqlanacaqmı?

- Əlbəttə, bu adları ictimaiyyət də bilməlidir.

1.“Xudafərin” (sahəsi 3,0 ha, müqavilə müddəti bitib) - sahibi Bakı şəhər sakini Xəlilov Elşən Nadir oğlu;

2.“Xınalıq” (sahəsi 0,2 ha, zəbt 0,43 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Vəliyev Əli Əmir oğlu;

3.“Aynur” (sahəsi 2,5 ha, zəbt 0,64 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Əhmədov Heybət Məmməd oğlu;

4.“Üç qardaş” (sahəsi 0,3 ha, müqavilə müddəti bitməyib) - sahibi Quba şəhər sakini Zülfüqarov Rəhim Əmir oğlu;

5.“Olimp” (sahəsi 1,0 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Niftəliyev Kamran;

6.“Kamran” (sahəsi 0,1 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Ağaverdiyev Ceyhun Cavad oğlu.

7. “Əfsanə” (sahəsi 1,5 ha, zəbt 0,03 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Ələkbərov Əli Hacı oğlu;

8. “Sərin Orman” (sahəsi 2,7 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Ağayev Elman Mehdi oğlu;

9. “Yeni Həyat” (sahəsi 0,34, zəbt 0,18 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Bakı şəhər sakini Babayev Ramiz Seyfulla oğlu.

Qeyd edim ki, bu işlər asan başa gəlmir, əməkdaşlarımız təhqirlərə məruz qalır, obyekt sahibləri ciddi müqavimət göstərir, onlar haqsız olduqlarına baxmayaraq, rayon icra hakimiyyətinə, digər instansiyalara şantaj dolu şikayətlər edirlər. Başa düşmürlər ki, meşə fondunda əsaslı tikinti aparmaq olmaz, özü də bu cür eybəcər şəkildə. Məsələn, deyirlər ki, min manat pul xərcləyib sanitar qovşaq tikmişəm. Üzr istəyirəm, üfunət iyi verən bir tualet tikib, bununla özünü də, digərlərini də rüsvay edir. Bu kimi hallar ucbatından bizə şikayətlər, tənələr, söyüşlər gəlir. Belə tikililərin sökülməsi tələbi qoyulanda deyirlər ki, vəsait qoymuşam, dolanışıq yerimdir. Sual olunur, meşəyə, müvəqqəti istifadəyə götürdüyün torpağa niyə əsaslı tikinti üçün vəsait qoyursan, bu ərazi axı sənin deyil? İkincisi, eybəcər şəkildə sanitar qovşaq tikdirməkdənsə, dəyəri 400-500 manat olan bioloji tualet yerləşdirilməsi daha sərfəli, münasib olar və harada istəsən istifadə edə bilərsən. Bir sözlə, bu işbazlar dolanışıq adı ilə meşəni məhv edir və ətrafdakılarda ikrah hissi yaradırlar...

- Bəs, görəsən belə obyektləri bələdiyyə torpaqlarında niyə tikmirlər?

- Razıyam. Söküntüsünə başlanılan obyektlərin sahiblərinin əksəriyyəti Quba rayon sakinləridir. Hansı ki, mövcud qanunvericilik də imkan verir ki, onlar Quba Rayon İcra Hakimiyyətindən, Quba Şəhər Bələdiyyəsindən, Qəçrəş və digər kənd bələdiyyələrindən torpaq sahəsi alıb orada müasir tipli restoran və istirahət mərkəzləri tiksinlər, özlərinə daimi dolanışıq şəraiti yaratsınlar. Bu, bütün dünyada da belədir. Uyğunsuzluğa və ya məntiqsizliyə baxın ki, adam meşədən yer götürür, əlavə yeri də zəbt edir, sonra isə tədricən ağacları kəsir, meşə sahəsinə çınqıl, beton tökür, bilərəkdən təbii bərpaya imkan vermir, bir sözlə meşəni məhv edir. Onda sual olunur, ağaclar sənə lazım deyildisə, niyə meşə sahəsindən yer götürübsən? Elə get bələdiyyədən götür də yeri, meşəyə müdaxilə etmə.

- Yeri gəlmişkən, meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı keçirilən reydlərin nəticəsi olaraq sex sahibləri barəsində hansı tədbirlər görüldü?

- Reydlər davam etdirilir və sex sahibləri ilə bağlı araşdırma materialları ardıcıl olaraq hüquq mühafizə orqanlarına göndərilir. Bildirirəm ki, reyd zamanı qanunsuz meşə materialından istifadə ilə bağlı Göyçay rayonunda 10, Şəmkir rayonunda 3, Tovuz rayonunda 2 ağac emalı sexi aşkar edilib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən “Kissan Parke LTD” ağac emalı müəssisəsində isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə olunmasının qarşısının alınması istiqamətində ETSN tərəfindən davamlı reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına, təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən və bu qisim digər sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edən ağac emalı sexlərinin fəaliyyət göstərməsi məsələsini təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq ədalətsizlikdir. Belə ki, həmin sexlərin sahibkarlıq subyekti kimi fəaliyyətinə icazə verən və onların hüquqlarını müdafiə edən aidiyyəti orqanlar da ciddi tədbirlər görməlidirlər. Qanunsuz ağac emal edən sexlər və onların sahiblərinin adları ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

-Bəzi reketçiliklə məşğul olan saytlar meşə ərazisindəki restoranlarda, parket sexlərində nazirliyin marağı olduğunu iddia edirdilər. Amma aparılan ardıcıl yoxlamalar açıq-aydın nümayiş etdirir ki, taxta sexlərinin, restoranların fəaliyyət göstərməsində nazirlik qətiyyən maraqlı deyil. Elə parket sexlərinin də nazirliyə heç bir aidiyyəti olmadığı son günlər gördüyünüz qətiyyətli tədbirlərdən aydın görünür.

- Özünüz reketçilərin iddialarına cavab vermiş oldunuz. Əlbəttə ki, bu belədir. Heç bir parket sexinin, heç bir restoranın fəaliyyət göstərməsində nazirlik qətiyyən maraqlı deyil. Hətta açıq deyirəm, yəqin mətbuatdan da xəbər tutmuş olarsınız, nazirliyin rəhbərinin qohumunun da obyekti qanunsuz olduğuna görə söküldü. Meşəni qanunsuz zəbt etmək olmaz, bu hamıya aiddir. Bu insan da qanunsuz meşəni zəbt edərək, müqavilə bağlamaq istəməyib, nazirin adından istifadə edib. Rəhbərlik bu məsələdən xəbər tutanda şəxsən özü tapşırdı ki, müqavilə bağlansın. Müqavilə bağlamaq istəmədi, hesab etdi ki, o, xüsusi statusa malikdir, ona görə də tapşırıq verildi. Tapşırığa əsasən, dövlətin hüquqları dərhal bərpa olundu, qanunsuzluq tam aradan qaldırıldı. Bir daha qeyd edim ki, meşəni qanunsuz zəbt etmək olmaz, bu hamıya aiddir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək