Meşə yanğınları səbəbindən Oreqon ştatının 500 min sakini evini tərk edib
Bakı, 11 sentyabr, AZƏRTAC
ABŞ-ın Oreqon ştatında yarım milyon insan meşə yanğınlarından xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Oreqon ştatında ən azı 4 nəfər həlak olub. Ştat qubernatoru Keyt Braun həlak olanların dəqiq sayının hələ məlum olmadığını deyib.
Kaliforniya ştatında isə 10 nəfərin ölüm faktı təsdiqlənib, 16 nəfər isə itkin düşüb.
Hazırda ABŞ-ın qərbində yerləşən 12 ştatın ərazisində qeyri-adi isti və quru küləklərin sürətlə yaydığı 100-dən çox yanğın qeydə alınıb. Oreqon, Kaliforniya və Vaşinqton meşə yanğınlarından ən çox zərər çəkən ştatlardır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbiət yanğınları indiyə qədər 1,7 milyon hektar ərazini məhv edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]