MEŞƏÇİLƏR GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ ŞƏRAİTİNDƏ İŞLƏYİRLƏR
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müəssisədə yaradılmış 50 nəfərlik xüsusi dəstə lazımi avadanlıqla təchiz olunaraq təlimatlandırılmışdır. Dəstə 61 min hektar ərazisi olan İsmayıllı meşələrini daimi nəzarətdə saxlayır. Bu işə kəndlərin icra nümayəndəlikləri və bələdiyyələri də qoşulmuşdur.
Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən, 1981-ci ildə yaradılmış və hazırda ərazisi 16740 hektar olan İsmayıllı Dövlət Təbiət Qoruğu xüsusilə ciddi nəzarət altındadır. Misilsiz fauna və floraya malik olan qoruqda nəsli kəsilməkdə olan, adı “Qırmızı kitab”a düşmüş nadir ağaclar, heyvanlar və quşlar vardır. Qoruqdakı Şabalıdyarpaq palıd, Qaraçöhrə, Ardıc, Qızılağac, Yunan qozu, Yalanqoz kimi ağaclar, Qafqaz maralı, cüyür, vaşaq, Qafqaz qonur ayısı, dələ, oxlu kirpi kimi heyvanlar, Qafqaz uralı, Qafqaz tetrası, kəklik, qırqovul, qartal və şahinlər Azərbaycan təbiətinin inciləridir. Bunları qorumaq nəinki meşəçilərin, habelə hər bir azərbaycalının mənəvi borcudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]