MƏŞĞUL ƏHALİNİN SAYI ARTIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, məşğul əhalinin sayı 2004-cü ilin müvafiq dövrünə nisbətən 86 min nəfər artaraq, ölkə əhalisinin 46,4 faizini təşkil etmişdir. Onların 39,5 faizi kənd, meşə təsərrüfatları, ovçuluq, 6,9 faizi sənaye, 5,1 faizi tikinti, 16,7 faizi topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının, şəxsi istifadə əşyalarının təmiri, 5,7 faizi nəqliyyat, anbar təsərrüfatı, rabitə, 12,8 faizi isə digər sahələrdə çalışanlardır. Oktyabr ayının əvvəlinə məşğulluq mərkəzlərindən ölkə üzrə 56 min 424 nəfərə rəsmən işsiz statusu verilmişdir. Onların 51,7 faizini qadınlar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]