Məşhur tennisçi Stanislas Vavrinka karyerasını başa vuracağını elan edib
Berlin, 20 dekabr, AZƏRTAC
Məşhur tennisçi Stanislas Vavrinka karyerasını 2026-cı ildə başa vuracağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, idmançı bu barədə instaqram hesabında paylaşım edib. “Hər kitabın bir sonu olur. Peşəkar tennisçi kimi karyeramın son fəslini yazmaq vaxtıdır. 2026-cı il mənim bu yoldakı son ilim olacaq”, - deyə tennisçi paylaşımında bildirib.
İsveçrəli idmançı peşəkar tennisdə 2002-ci ildə debüt edib və karyerası ərzində 16 titul qazanıb. O, üç dəfə “Böyük dəbilqə” turnirinin qalibi, 2008-ci ildə Roje Federer ilə birlikdə Olimpiya çempionu olub. S.Vavrinka 2014-cü ildə ölkəsinə ilk dəfə “Davis Kuboku” titulunu qazandırıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]