Messidən dünya çempionatında növbəti uğur
Bakı, 13 dekabr, AZƏRTAC
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi növbəti uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, kapitan dünya çempionatlarında 11-ci qolunu vurub. Belə ki, Messi Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə yarımfinal oyununda 34-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə bu uğura nail olub.
Bu, Messinin cari çempionatda beşinci qolu olub. Hesabında ümumilikdə 11 qol olan forvard hazırda forma geyinən futbolçular arasında liderliyə yüksəlib.
Rekord Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsusdur - 16 qol.
Argentina-Xorvatiya matçında ilk hissə oynanılır. Argentina millisi 2:0 hesabı ilə öndədir. Matçda ikinci qolu argentinalı Xulian Alvares vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]