Mətanət Eres: 20 Yanvar gününü qəhrəmanlıq tariximiz kimi qeyd etməliyik
Bakı, 20 yanvar, Flora Şükürova, AZƏRTAC
Yanvarın 20-si Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzidir.
Şəhidlər xiyabanını ziyarətə gələn Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Mətanət Eres AZƏRTAC-a bildirib ki, burada uyuyan oğul və qızlarımız tariximizə şanlı səhifələr yazıblar. Bu tarixi biz hüzn günü kimi deyil, qəhrəmanlıq tariximiz kimi qeyd etməliyik. Azərbaycanın azadlığı uğrunda canlarından keçən bu qəhrəmanlar gənc nəsil üçün bir örnəkdir. Buna görə də mən hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etməyi özümə borc bilirəm.
“İyirmi yeddi il bundan əvvəl Bakıda törədilən qırğın azərbaycanlıların milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilmədi. Şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq”,-deyə M.Eres bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]