Mətbuat Şurasının sədri: Azərbaycan mədəniyyətinin nüfuzu daha da artır
Bakı, 9 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycanda yüksək səviyyədə mədəniyyət tədbirləri keçirilir. Bu tədbirlər ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın mədəniyyət sahəsində böyük potensiala və zəngin irsə malik olduğunu nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, ölkəmizdə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” yüksək səviyyədə təşkil olunub.
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət tarixi və incəsənət nümunələrinin təqdim olunması bu tədbirlərin əhəmiyyətini daha da artırır. Digər dövlətlərin mədəniyyət nümayəndələrinin ölkəmiz haqqında səsləndirdikləri müsbət fikirlər isə bir daha təsdiq edir ki, Azərbaycan mədəniyyəti yüksək dəyərlərə malikdir və respublikamız regionda nümunə göstərilən mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan mədəniyyətinin nüfuzu hər il daha da artır”,- deyə R.Məcid əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]