Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair yeni sosial lövhələr yerləşdirilib
Bakı, 30 avqust, AZƏRTAС
Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair yeni sosial lövhələr yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində narkomanlığın zərəri ilə bağlı hazırlanan 25 yeni sosial lövhə “20 Yanvar”, “Elmlər Akademiyası”, “Dərnəgül”, “Gənclik”, “Nəriman Nərimanov”, “İnşaatçılar”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Nəsimi”, “Koroğlu”, “Həzi Aslanov” və digər stansiyalarda quraşdırılıb və uzunmüddətli nümayişi nəzərdə tutulub.