Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məzahir Əfəndiyev: Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə nümunəvi dövlətə çevrilib

Məzahir Əfəndiyev: Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə nümunəvi dövlətə çevrilib

Bakı, 27 oktyabr, AZƏRTAC

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə xalqımızın müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən bir tarixi hadisə baş verdi. 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Daha sonra ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib. İldən ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Prezidenti keçirilən bütün yüksək səviyyəli tədbir, konfrans, forumlarda çıxışlar edir, Azərbaycan təcrübəsini və həqiqətlərini dünya ictimaiyyətinə böyük uğurla çatdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin cari il oktyabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə Ağdam şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumunda növbəti məzmunlu çıxışı bir daha Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin bariz nümunəsidir. Prezident İlham Əliyevin çıxışı, eyni zamanda, müharibədən sonrakı dövrdə müasir çağırışların istiqamətləndirilməsi üçün yeni bir əsas idi. Azərbaycan üçün bu tarixi əhəmiyyətə malik Forumun baş tutması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin davamı idi. Belə ki, hələ 2022-ci il iyunun 27-də BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Polşada keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında Prezident İlham Əliyev videoformatda çıxış etmişdi. Dövlətimizin başçısı həmin nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən, habelə Cənubi Qafqazda inkişafa, sülhə və əmin-amanlığa verilən töhfələrdən bəhs edərək görülən işlər kontekstində ekoloji dayanıqlılığın qorunmasını diqqətə çatdırdı.

“Milli Şəhərsalma Forumunda mövzulardan birinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusuna həsr olunması ilə Azərbaycan bir daha bütün dünyaya sülhsevər olduğunu, imzaladığı və söylədiyi bütün sözlərə sadiq qaldığını, bundan sonra da həyata keçiriləcək bütün tədbirlərin yalnız regionda sülhə, abadlaşmaya, insanların rifahına hədəflənmiş bütün yeni istiqamətlərə xidmət edəcəyini bəyan etdi.

Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq hər il ölkədə DİM-in 17 məqsədini əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlayır və 2016-ci ildən etibarən Azərbaycan üç “Könüllü Milli Hesabat”ı hazırlayan aparıcı ölkələrdən biridir. Doğma Qarabağımızın işğaldan azad olunması ilə Azərbaycan bərpa və yenidənqurma prosesində BMT-nin Dayanıqlı İnkişaf Hesabatının DİM11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədində nəzərdə tutulmuş bütün hədəflərə çatmağı, eyni zamanda, bu işlərin 4-cü sənaye inqilabının çağırışları və rəqəmsallaşmanın gətirdiyi yeni texnologiya, innovasiyaların əsasında təşkil olunmasını prioritet elan edib”, - deyə Məzahir Əfəndiyev diqqətə çatdırıb.

Qeyd edib ki, burada əsas məqsəd DİM11 hədəfinə uyğun olaraq dünyada mədəni və təbii irsi qorumaq, mühafizə etmək üçün səyləri gücləndirmək prinsipini rəhbər tutaraq milli və regional səviyyələrdə dayanıqlı inkişafı təmin etmək üçün şəhər, şəhərətrafı və kənd əraziləri arasında müsbət iqtisadi, sosial və ekoloji münasibətləri təmin etmək, çiçəklənən Qarabağımıza Böyük Qayıdış planının əsası olaraq orada yaşayacaq hər bir soydaşımızın bütün sahələrə əlçatanlığını yaratmaqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur”.

Məzahir Əfəndiyevin sözlərinə görə, həyata keçirilən urbanizasiya prosesində Milli Məclis də öz növbəsində yaxından iştirak edərək həm müvafiq qanunvericilik bazasının formalaşdırılması, həm də dünya dövlətləri ilə beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi baxımından görülən işlərə öz əməli töhfələrini verməkdədir.

“Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, Milli Şəhərsalma Forumu çərçivəsində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif ölkəmizə səfər edərək həm dövlətimizin başçısı ilə görüş keçirdi, həm də Forumun işində yaxından iştirak etdi. Hazırda Azərbaycan hökumətinin UN-HABITAT-la faydalı və inkişafa yönəlik əməkdaşlığı formalaşıb. Bu, artıq ondan xəbər verir ki, Azərbaycan şəhərlərinin yenidən qurulması, xüsusilə yeni çağırışları rəhbər tutaraq bərpa və şəhərsalma işlərində əldə edilən təcrübə və layihələrin icrasında tətbiq edilən mükəmməl idarəçilik bu əməkdaşlıq vasitəsilə institutlaşaraq digər dünya dövlətləri, xüsusilə BMT-yə üzv dövlətlər üçün nümunəvi model kimi təqdim oluna bilər.

Bu Milli Forum vasitəsilə BMT öz məsuliyyətini dərk edərək məhz Azərbaycanın haqq, ədalət işində, xüsusilə də BMT əsasnaməsində öz əksini tapmış sülhə çağırış istiqamətindəki fəaliyyətini düzgün dəyərləndirməklə bundan sonra da Azərbaycanın yanında olaraq doğma Qarabağımızda bərpa və yenidənqurma işlərini Azərbaycan hökuməti ilə birlikdə həyata keçirərək, regionda DİM-lərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən işlər görə bilər. İnanırıq ki, Azərbaycan bundan sonra UN-HABITAT-ın təşkilatçılığı ilə yeni forumlar və digər zəruri ola biləcək tədbirlər keçirmək üçün əlaqələndirici statusuna nail olmaqla qarşılıqlı maraqların təmin olunmasına öz fəaliyyəti ilə töhfə verəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır