“Microsoft” tədbirlərini onlayn rejimdə keçirəcək
Bakı, 8 aprel, AZƏRTAC
Koronavirus pandemiyası texnologiya şirkətlərini 2020-ci ilin yaz və yay aylarına planlaşdırılmış ictimai tədbirləri ləğv etməyə və ya onları onlayn rejimdə keçirməyə məcbur edib. “Microsoft” korporasiyası 2021-ci ilin iyulunadək bütün daxili və ictimai tədbirləri onlayn keçirmək qərarına gəlib.
AZƏRTAC "hitech.newsru.com" saytına istinadla xəbər verir ki, “Microsoft” rəhbərliyinin bu qərarına əsasən, sentyabrda “Microsoft Ignite” konfransı onlayn rejimdə keçiriləcək. Həmçinin korporasiya pandemiyaya görə sentyabrda keçiriləcək “Computex 2020” sərgisində virtual iştirak edəcək. Gələn il “Microsoft” Las-Veqasda keçiriləcək “CES” sərgisində iştirak etməyəcək və öz “Build” konfransını onlayn rejimdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]