MİL-MUĞAN BÖLGƏSİNDƏ SEÇKİLƏR DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLMİŞDİR
46 saylı Əli Bayramlı dairə seçki komissiyasının (DSK) sədri Akif Saqiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, deputatlığa 14 namizədin mübarizə apardığı 30 seçki məntəqəsi üzrə səsvermə siyahılarına 37308 nəfərin adı salınmışdır. Yekun nəticələrə görə 20267 nəfər (54,3 faiz) səs vermişdir. Seçkilərin gedişini 200 nəfərdən artıq yerli və xarici müşahidəçi izləmişdir. Səsvermənin gedişində ciddi qanun pozuntusu qeydə alınmamışdır.
X X X
58 saylı Hacıqabul DSK-nın sədri Məhəmməd Hacıyev bildirmişdir ki, rayonda 43 seçki məntəqəsi yaradılmış, seçici siyahılarına 37710 nəfərin adı salınmışdır. Səsvermədə 15573 nəfər (39,1 faiz) iştirak etmişdir. Dairədə 7 nəfər namizəd mübarizə aparmışdır. Seçkiləri 180 nəfər müşahidəçi izləmişdir.
X X X
59 saylı Salyan DSK-nın sədri Səlamət Kərimovun məlumatına görə, 36 məntəqədə 34410 seçicinin 14961 nəfəri (43,5 faiz) səsvermədə iştirak etmişdir. Deputat mandatı uğrunda 13 namizəd mübarizə aparmışdır. 250 nəfər müşahidəçi seçkilərin gedişini izləmişdir.
X X X
60 saylı Salyan-Neftçala DSK-dan aldığımız məlumata görə, 42 məntəqədə 16440 nəfər (43,3 faiz) səsvermədə iştirak etmişdir. Seçici siyahılarına 37960 adamın adı daxil edilmişdi. 10 namizədin mübarizə apardığı seçkilərin gedişini 150 nəfərədək müşahidəçi izləmişdir.
X X X
61 saylı Neftçala DSK-nın sədri Hacıbaba Rəcəbovun məlumatına görə, 36 məntəqədə 39996 nəfər seçicinin 19472 nəfəri (51,2 faiz) səsvermədə iştirak etmişdir. Seçki bülletenlərinə 9 nəfər namizədin adı daxil idi. Səsvermənin gedişini 170 nəfər müşahidəçi izləmişdir.
X X X
62 saylı Saatlı DSK-nın sədri Arif Əliyev bildirmişdir ki, səsvermədə 16454 nəfər (45,9 faiz) iştirak etmişdir. Seçicilərin ümumi sayı isə 35836 nəfər idi. 14 namizədin mübarizə apardığı 30 məntəqədə heç bir ciddi qanun pozuntusu olmamışdır. Seçkini 312 nəfər yerli və xarici müşahidəçilər izləmişdir.
X X X
63 saylı Sabirabad birinci DSK-nın sədri Şahin Şirinovun verdiyi məlumata görə, 34 məntəqə üzrə 37822 seçicidən 17249 nəfəri və ya (45,6 faiz) səs vermişdir. Seçkidə 6 namizəd mübarizə aparmışdır. Seçkiləri 200 nəfər müşahidəçi izləmişdir.
X X X
64 saylı Sabirabad ikinci DSK-nın sədri Şükür İmanov bildirmişdir ki, 10 namizədin mübarizə apardığı 41 məntəqədə səsvermədə 37289 seçicidən 14183 nəfəri (38 faiz) səsvermədə iştirak etmişdir. Seçkilərin gedişini 180 nəfər yerli və xarici müşahidəçi izləmişdir.
X X X
66 saylı Biləsuvar DSK-nın sədri Əzizağa Hətəmovun məlumatına görə, 41 məntəqədə 36800 seçicidən 18480 nəfəri (50 faiz) səs vermişdir. Deputat mandatı uğrunda 15 namizəd mübarizə aparmışdır. Seçkiləri 200 nəfər yerli və xarici müşahidəçi izləmişdir.
X X X
79 saylı İmişli DSK-nın sədri Şahbaz Həsənov bildirmişdir ki, dairə üzrə 39 məntəqədə 13 namizəd mübarizə aparmışdır. 33603 nəfər seçicidən 15263 nəfəri (45,4 faiz) səsvermə hüququndan istifadə etmişdir. Seçkiləri 260 nəfər müşahidəçi izləmişdir.
X X X
80 saylı İmişli-Beyləqan DSK-nın sədri Şahsuvar Əmrahovun verdiyi məlumata görə, seçici siyahılarına daxil edilmiş 34918 seçicidən 18100 nəfəri (51 faiz) səs vermişdir. 44 məntəqədə mandat uğrunda 14 namizəd mübarizə aparmışdır. Seçkiləri 210 nəfər müşahidəçi izləmişdir.