“Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib
Bakı, 18 iyul, AZƏRTAC
İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.
AZƏRTAC İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu ilə müqavilə 2023-cü ilin yayınadək uzadılıb.
Forvard “Milan”da ilk dəfə 2010-2012-ci illərdə forma geyinib. O, komandaya yenidən 2020-ci ilin yanvarında qayıdıb.
Klubun heyətində 158 oyun keçirən futbolçu 92 qol vurub və 35 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu İtaliya Super Kubokunun qalibi olub və iki dəfə ölkə çempionluğu sevincini yaşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]