Milli Gimnastika Arenası növbəti milli yarışına hazırlaşır
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 10-dan 12-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirlərdə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandalarının, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.
Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “AyUlduz” Klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, “Zirvə” İdman Klubunu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 73 gimnast mübarizə aparacaq.
Üç gün davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]