Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis Mərkəzi Seçki Komissiyasının üzvlərini və əvəzedici üzvlərini təsdiq edib

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

Əvvəlcə cari məsələlər müzakirə olunub. Bildirilib ki, Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri ölkəmizin haqq işini dəstəkləyir. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində Azərbaycana göstərilən dəstək xüsusi vurğulanıb. Qeyd edilib ki, bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin nəticəsidir. Amma təəssüflər olsun ki, bəzi mətbuat orqanları xoşa gəlməyən yazılar yazır və Azərbaycanın bu uğurlarına kölgə salmağa çalışırlar. Bəllidir ki, bu, antimilli qüvvələrin dəyirmanına su tökənlərin işidir.

İclasda ikinci səsvermədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununa baxılıb. Dəyişikliyə əsasən, Konstitusiya Qanununun 12.2.1-ci və 18-1.2.1-ci maddələrinə “psixiatriya müəssisələrinə” sözlərindən sonra “qanunsuz miqrantların saxlanılması mərkəzlərinə” sözləri əlavə edilir. 12.2.7-ci və 18-1.2.2-ci maddələrə “psixiatriya müəssisələrinin” sözlərindən sonra “qanunsuz miqrantların saxlanılması mərkəzlərinin” sözləri əlavə edilir.

Sonra Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında Milli Məclisin qərarına baxılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq parlamentə seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib.

Müzakirələr zamanı çıxış edən deputatlar MSK-nın indiki formatda formalaşdırılmasını məqbul sayıblar.

Səsvermə yolu ilə MSK-nin üzvləri və əvəzedici üzvləri təsdiqləniblər.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı hesabatı dinlənilib.

Hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci il son illərdə dünya iqtisadiyyatının rastlaşdığı tərəddüdlü illərdən biri olub və müxtəlif ölkələr tərəfindən ciddi büdcə qənaətlərinin tətbiqi ilə xarakterizə edilir. Bu amillər respublikamızın qlobal iqtisadiyyata inteqrasiya olunmuş iqtisadi sisteminə də öz təsirini göstərib, lakin ölkə başçısı tərəfindən həyata keçirilən düşünülmüş islahatlar mənfi təsirlərin yumşaldılmasına öz töhfəsini verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi və büdcə vəsaitlərinin qənaətli və səmərəli istifadəsinin daha aktuallaşması hesabat ilində dövlətin maliyyə nəzarəti sistemində müəyyən olunmuş səlahiyyətləri çərçivəsində Hesablama Palatasını fəaliyyətini daha da gücləndirməyə səfərbər edib.

Hesabat beynəlxalq təcrübəyə uyğun olaraq Palatanın 2015-ci ildə maliyyə-büdcə nəzarəti və ekspert-analitik fəaliyyətinin, həmçinin korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinin əsas nəticələrinə uyğun tərtib edilib, eyni zamanda, deputatların ötən illərdə irəli sürdüyü təklif və tövsiyələr nəzərə alınıb.

Vüqar Gülməmmədov deyib ki, təqdim edilən hesabatın fərqli xüsusiyyəti buraya ayrı-ayrı audit obyektlərində aparılmış auditlərin nəticələri ilə yanaşı, büdcə sferasının müxtəlif xərc istiqamətləri üzrə mövcud problemlərlə bağlı geniş təhlillərə yer verilməsidir və növbəti illərdə də bu fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

2015-ci ildə Hesablama Palatasının iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə biri ekspert-analitik təhlil olmaqla 84, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verilib. Bir audit tədbiri audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən cinayət işinin başlanılması səbəbindən dayandırılıb, 1 audit tədbiri isə növbəti ilə keçirilib. Bundan əlavə, hesabat ilində 2014-cü ilin iş planı üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb və bu hesabata daxil edilib.

2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə edib.

Palatanın sədri bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri ilə 4,2 milyard manat məbləğində vəsait əhatə olunub. 2014-cü illə müqayisədə nəzarət tədbirlərinin sayında əhəmiyyətli dəyişiklik olmasa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur.

Dövlət büdcəsinin funksional xərcləri üzrə strukturu baxımından daha çox investisiya ilə bağlı xərclərə yönəldilmiş vəsait əhatə olunub. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9 faizini mərkəzləşdirilmiş, 9,1 faizini isə yerli xərclər təşkil edib.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üçün maliyyə hesabatları, həmçinin Neft Fondundan Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 2013-2014-cü illərdə ayrılmış vəsaitlər audit olunub. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı isə nəzarət tədbirləri ilə 128,7 milyon manat məbləğində vəsait əhatə edilib.

2015-ci ildə beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər hesabına icra olunmuş bir sıra layihələr üzrə həyata keçirilmiş nəzarət tədbirlərində 68,1 milyon ABŞ dolları, 17,3 milyon avro və 7,0 milyard yapon yeni məbləğində vəsait əhatə olunub.

Vüqar Gülməmmədov deyib: “Dövlət büdcəsinin xərcləri üzrə nöqsanların qruplaşdırılmasını aparsaq, əsasən əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası işlərində, dövlət satınalmalarının həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu görərik.

Ötən hesabatlarda da qeyd edildiyi kimi, dövlət satınalmalarının keçirilməsi istiqamətində buraxılmış nöqsanlara audit olunmuş bütün qurumlarda rast gəlmək mümkündür. Satınalma metodu tətbiq edilmədən müqavilələrin bağlanması, həmçinin qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunmuş məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi ilə yanaşı, büdcə vəsaitindən istifadə edən təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna üstünlük verilməsi hallarına daha çox rast gəlinib. Təhlil bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış birbaşa müqavilələrin əsasən təmir-tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir. Bu sahədə qeyd edilməli əsas məqam isə audit olunmuş qurumlar tərəfindən bəzi hallarda zərurət olmadan bir mənbədən satınalma keçirilməsi üçün müraciətin edilməsidir.

Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla, 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib.

Hesabat ilində nəzarət tədbirləri nəticəsində artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı, müvafiq olaraq, 1,6 milyon manat məbləğində işlər və xidmətlərin görülməsi həyata keçirilib və 1,7 milyon manat məbləğində inventar və materialların natura şəklində bərpası təmin edilib.

Qeyd edilənlərlə yanaşı, 271,0 ştat vahidinin azaldılması təmin olunub ki, bu da əlavə vəsaitin istifadəsinin qarşısının alınması deməkdir.

Dövlət büdcəsi ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu üzrə aparılmış 4 nəzarət tədbirinin nəticələrinə əsasən, 266,0 min manat vəsait Fondun büdcəsinə bərpa edilib, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunub.

Diqqətə çatdırılıb ki, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası tərəfindən 134 təqdimat göndərilib.

Hesablama Palatasının qəbul edilmiş kollegiya qərarları ilə 995 tövsiyə verilib ki, həmin tövsiyələrin 10,8 faizi yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin) görülməsi, 8,5 faizi debitor və kreditor borclarla bağlı olub, 80,7 faizi isə müəyyən edilmiş nöqsanlara gələcəkdə yol verilməməsi, fəaliyyətin gücləndirilməsi ilə bağlı müxtəlif istiqamətləri əhatə edib.

İşlərində nöqsanlara yol vermiş şəxslərə münasibətdə qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılan təşkilatlar tərəfindən 398 nəfərlə bağlı intizam tənbeh tədbirləri görülüb.

Hesablama Palatasının diqqət yetirdiyi digər məqamlar isə vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsi və vəsaitin təyinatı üzrə istifadəsi ilə bağlı olub. Hesablama Palatasının ötən illər üzrə hesabatlarında da qeyd edildiyi kimi, audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanlardan biri də vəsaitin təyinatının dəyişdirilməsidir. Nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili vəsaitlərin vahid büdcə təsnifatı ilə müəyyən olunmuş iqtisadi və funksional təsnifat koduna uyğun istifadə edilməməsi hallarına yol verildiyini göstərir.

Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, audit olunan qurumlar tərəfindən ümumilikdə 49,2 milyon manat məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra olunmayıb. Son dövrlərdə aktuallaşan bir məsələ də məhz vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır və artıq bununla əlaqədar müvafiq qanunvericilik aktlarına zəruri əlavələr olunmaqdadır. Mövcud qanunvericilik aktlarında ümumiyyətlə təyinatdan kənar xərc anlayışına dəqiq izah verilməsinə ehtiyac var. Belə ki, təyinatdankənar xərc dedikdə, büdcədən ayrılan vəsaitin yalnız vahid büdcə təsnifatının funksional və iqtisadi təsnifat üzrə icra edilməməsi ilə yanaşı, malın və görülmüş işin optimal qiymətə ödənilməməsi səbəbindən artıq vəsaitin xərclənməsi, vəsaitlərin ünvanlı ödənilməməsi və xərclər smetasında planlaşdırıldığı kimi, icra edilməməsi də başa düşülməlidir. Bu anlayışın müfəssəl təsviri nəzarət tədbirlərinin effektiv nəticələnməsinə yardımçı olacaq.

Qeyd edilib ki, Hesablama Palatasının fəaliyyətinin digər bir komponenti ekspert-analitik fəaliyyətlə bağlıdır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar fondların layihəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı rəylərini hazırlayıb. Həmin rəylərdə Hesablama Palatası büdcə prosesinin təkmilləşdirilməsi ilə yanaşı, maliyyə intizamının gücləndirilməsi sahəsində təkliflərini deputatlara təqdim edib, tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablama Palatasının nəticə və tövsiyələri, ümumilikdə isə 98 təklif və 15 tövsiyə əks etdirilib.

Bildirilib ki, hesabatda büdcə prosesinin təkmilləşdirilməsi məqsədilə 16 mühüm təklif təqdim olunub. Təqdim edilən təkliflər dövlət büdcə xərclərindən qənaətli istifadə edilməsi, vergi inzibatçılığının gücləndirilməsi, büdcənin icrası prosesində xərclərin normativləşdirilməsi ilə bağlı rast gəlinən problemlər və nəhayət, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən yol verilmiş maliyyə pozuntularına görə İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərlə bağlıdır.

Qeyd edilib ki, parlamentin ötən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərə baxılıb. Həmin Məcəllənin müvafiq maddələrinə dövlət satınalmaları və dövlət investisiyaları ilə bağlı hüquqpozmalara dair əlavələr də edilməlidir.

2015-ci ildə fəaliyyətlə bağlı hesabata, eyni zamanda, Hesablama Palatasının korrupsiyaya ilə bağlı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinə dair məlumatlar daxil edilib. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası olaraq, hesabat ilində Hesablama Palatasının yenilənmiş rəsmi internet səhifəsi istifadəyə verilib, şəffaflığın təmin edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət büdcəsinə verilən rəylər və maliyyə nəzarətinin nəticələri barədə statistik təhlillər, eləcə də başa çatmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar mütəmadi olaraq saytda yerləşdirilməklə ictimaiyyətə çatdırılır.

Hesablama Palatası yuxarıda göstərilən funksional fəaliyyəti üçün dövlət büdcəsindən 2015-ci ildə 3175,5 min manat vəsait istifadə edilib. Bu məbləğ təsdiq edilmiş xərclər smetasının 81,6 faizinə bərabərdir və keçən ilin analoji göstəricisindən 2,3 faiz azdır. Bu vəsaitin 82,5 faizi əməyin ödənişi xərcləridir ki, bu, hesabat ilində Naxçıvan Muxtar Respublikası üzrə idarə də daxil olmaqla 146 nəfər işçini əhatə edib.

2015-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatasının Ali Audit Orqanı kimi fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Hesabat ilində “Açıq Büdcə İndeksi” ilə bağlı Hesabatda Azərbaycan Respublikasının Ali Audit Qorqanı olaraq Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 ballıq şkala ilə 50 balla dəyərləndirilib ki, bu da əvvəlki qiymətləndirmədən 8 bal çoxdur. Bu dəyərləndirmədə 2014-cü ildən sonrakı fəaliyyətlər nəzərə alınmayıb. İnanırıq ki, növbəti qiymətləndirmələrdə Hesablama Palatasının mövqeyi daha da yüksələcək.

Qeyd edilib ki, cari ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrası, dövlət əmlakının istifadəsinə dair 80-dən çox audit və ekspert-analitik təhlil işləri planlaşdırılır. Ölkəmizdə yaranan yeni iqtisadi şərait büdcə istifadəçilərindən büdcə vəsaitlərinin istifadəsinə çox diqqətli və tarazlı yanaşma tələb edir. Belə bir şəraitdə dövlət maliyyə nəzarət orqanlarının rolu əhəmiyyətli şəkildə artır.

Vurğulanıb ki, Hesablama Palatası 2016-cı ildə işini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq daha da səmərəli təşkil etməsi üçün fəaliyyətini gücləndirməkdədir. Maliyyə nəzarətinin istiqamətləri ilə bağlı Prezidentin mövqeyi, xüsusilə gəlirlərin artırılması, xərclərin icrasında qənaətlilik və səmərəlilik meyarlarına riayət edilməsi, dövlət əmlakının istifadəsində məsuliyyətin gücləndirilməsi, dövlət satınalmalarının keçirilməsində şəffaflığın və rəqabətliliyin qorunması məsələləri cari ilin iş planının icrası zamanı xüsusilə diqqətdə saxlanılmaqdadır. Bu istiqamətdə deputatların tövsiyələri Hesablama Palatasının gələcək fəaliyyəti və inkişafında xüsusilə əhəmiyyətli hesab olunur.

İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib. Qeyd edilib ki, qanun layihəsində hər iki tərəfin ümumi marağında olan xarici ticarət azadlığının təmin edilməsi və bu sahədə mümkün olan ən yüksək səviyyədə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Sazişdə beynəlxalq hüquq və öhdəliklər, gəmiçilik azadlığı, ayrı-seçkiliyə yol verilməməsi, dəniz nəqliyyatının asanlaşdırılması üçün tədbirlər, gəmilər üçün yaradılan bərabər şərait, kommersiya fəaliyyəti, vəsaitlərin sərbəst köçürülməsi, istisnalar, qanuni şərtlərə riayətetmə, gəmi sənədlərinin qarşılıqlı tanınması, gəmi heyətinin üzvlərinin səyahət sənədləri, giriş, çıxış və qalma, dənizdə baş verən qəzalar, məsləhətləşmələr, əməkdaşlıq, mübahisələrin həlli, qüvvəyəminmə, müddət, ləğvedilmə və dəyişikliklər kimi müddəalar yer alıb.

Sonra “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Qanunun 14-cü maddəsinə əlavə edilən “Qeyd”də deyilir: “Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”. Nəzərdə tutulan dəyişiklik “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb.

İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib. Bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliklər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununa uyğunlaşdırılma məqsədi daşıyır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə ediləcək və “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəzlənəcək.

Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.

“Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 29.3-cü maddəsi yeni redaksiyada veriləcək. Bu maddədə deyilir: “Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxır”.

Dəyişiklik “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 6 oktyabr tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Həmin qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, sənədin “189.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir” maddəsi ləğv olunur.

İclasda Mülki, Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılıb.

Sonda qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir