Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis Sədrinin müavini: Xalqımız öz dövlətinin qüdrətinə inanır

Milli Məclis Sədrinin müavini: Xalqımız öz dövlətinin qüdrətinə inanır

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi proqram xarakterli geniş nitqi ölkə ictimaiyyətinin böyük marağına səbəb olub və kütləvi informasiya vasitələrində geniş əks-səda doğurub. Ölkə Prezidentinin dərin məzmun və mahiyyət daşıyan çıxışında, əslində, dövlətimizin strateji kursunun ilin ilk 3 ayında atılan taktiki addımları ifadə olunurdu.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Fəzail İbrahimli deyib: “Nəticələr onu göstərir ki, Prezident İlham Əliyevin böyük siyasi əzmlə başladığı çoxşaxəli islahatlar kursu ardıcıllıqla davam etməkdədir. Dünyanın yeni bir mərhələyə qədəm qoyduğu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyi bir zamanda Azərbaycan öz dinamik inkişaf tempini qoruyub saxlayır. Bəşəriyyətin varlığını təhdid altına almış koronavirus təhlükəsi belə dövlətin iqtisadi inkişaf surətinə və siyasi sabitliyinə mane ola bilmir.

Müşavirədə ölkə rəhbəri müqayisə üçün diqqəti belə bir məqama yönəldir ki, pandemiyadan xilas olmaq üçün 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı ilə bağlı müraciət etdiyi halda Azərbaycanın adı bu siyahıda yoxdur. Çünki əldə olunmuş sosial-iqtisadi tərəqqi bizə öz daxili resurslarımız hesabına istənilən problemi dəf etməyə, istənilən mürəkkəb vəziyyətdən üzüağ çıxmağa imkan verir. Prezidentin müvafiq Sərəncamı ilə koronavirusla mübarizəyə 1 milyard manat vəsait ayrılıb, əlavə olaraq 2,5 milyard manatın da bu problemin həllinə cəlb olunacağı planlaşdırılır. Bu məqsədlə dövlət hesabına 6 müasir modul tipli xəstəxananın tikintisinə isə artıq başlanıb. Bu mənada Ümumdünya Səhiyyə Təşkilatının görülən işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırması isə çox fərəhləndiricidir”.

Milli Məclis Sədrinin müavini qeyd edib ki, koronavirusun hücumları qarşısında bir çox ölkələrin milli valyutaları duruş gətirə bilmədiyi halda, manatın sabitliyi qorunub saxlanılmaqdadır. Məhz daxili siyasi sabitlik və iqtisadi stabillik Azərbaycanda səmərəli biznes mühitinin formalaşmasını şərtləndirən əsas meyarlardır. Təsadüfi deyil ki, məşhur “Heritage” Fondu iqtisadi azadlıqlar indeksinə görə Azərbaycanı dünya ölkələri sırasında 44-cü yerə layiq görüb.

“Prezident İlham Əliyevin müşavirədəki nitqi bir daha göstərdi ki, dövlətimizin daxili siyasətinin əsas qayəsini insanların sosial rifahı təşkil edir. Məhz buna görə də artıq ardıcıl olaraq neçə illərdir ki, dövlət büdcəsi sosial yönümdə tərtib olunur və onun mərkəzində məhz insan amili dayanır. Bu yaxınlarda Milli Məclisdə hökumətin hesabatını müzakirə edərkən bunun bir daha şahidi olduq. Bütün makroiqtisadi göstəricilərinə görə Cənubi Qafqaz regionunda liderliyi inamla qoruyub saxlayan Azərbaycanda həm də aparılan sosial islahatların nəticəsi olaraq əməkhaqları mütəmadi olaraq qaldırılır, pensiya və müavinətlər hər il indeksləşdirilir. Özünüməşğulluq proqramının uğur əmsalına görə Azərbaycan dünya üzrə orta göstəricidən yüksək nəticə əldə edə bilib”, -deyə komitə sədri vurğulayıb.

Fəzail İbrahimli bildirib ki, son dövrlər idarəetmənin bütün səviyyələrində həyata keçirilmiş struktur islahatları keyfiyyət baxımından yeni bir idarəçilik mexanizminin formalaşmasını hədəf götürüb. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seçkiləri də bu islahatların məntiqi davamıdır və demokratik inkişaf istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilməlidir. Parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk dəfədir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi dialoq müstəvisində konstruktiv müxalif fikirlərə hörmətlə yanaşılması baxımından yeni prinsiplər ortaya qoyulub. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar bu mütərəqqi təşəbbüsə müsbət reaksiya verməklə ümummilli maraqlar naminə iqtidarla birgə dəyirmi masa arxasında istənilən məsələnin müzakirəsinə hazır olduqlarını bəyan ediblər.

“Vətəndaş Həmrəyliyi Partiyasını qanunverici hakimiyyət orqanında təmsil edən deputat kimi düşünürəm ki, bu dialoq davamlı olacağı halda ölkənin siyasi arenasına həmrəyliyə söykənən yeni nəfəs gətirəcək, daha mütərəqqi münasibətlərin formalaşmasına öz dəyərli töhfəsini verəcək”, - deyə Milli Məclis Sədrinin müavini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın müasir inkişaf yolu yeni intibah dövrünün formalaşmasını şərtləndirir. Bu, həm də özünü ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə göstərir. 2020-ci ilin əvvəlindən bu müstəvidə bir sıra uğurlar əldə edilib. Xüsusilə, Davos Forumunda Azərbaycan Prezidentinin iştirakı, bir sıra ölkələrin rəhbər şəxsləri və dünyada tanınmış nəhəng biznes qurumlarının təmsilçiləri ilə qarşılıqlı inam və etibara söykənən görüşləri respublikamızın iqtisadiyyatına və sosial sahəyə sərmayə qoyuluşu baxımından öz müsbət nəticələrini verməkdədir. Bunun üçün ölkəmizdə müvafiq biznes mühiti mövcuddur.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan təbliğatını darmadağın edən tarixi həqiqətləri canlı efirdə güclü arqumentlərlə geniş auditoriyaya çatdırmaqla yeni bir siyasi uğura imza atmış oldu. Bundan sonra qondarma “Dağlıq Qarabağ respublikasında” keçirilmiş “prezident seçkilərinin” beynəlxalq aləm tərəfindən tanınmamasını heç də təsadüfi saymaq olmaz. Belə ki, bizə qarşı qərəzli mövqeyi və ikili standartları ilə seçilən Avropa Şurasını çıxmaq şərti ilə bütün digər nüfuzlu beynəlxalq təşkilatlar öz mövqelərini ortaya qoyaraq Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiklərini söyləmiş oldular. Bu, dövlətimizin və hökumətimizin xarici siyasət müstəvisində əldə etdiyi böyük nailiyyətdir.

“Pandemiyanın törətdiyi maneələrə baxmayaraq, Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdə davam edir. Bu mənada ölkə başçısının təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş və Azərbaycanın sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü xüsusi qeyd etmək lazımdır. Bu tədbir Azərbaycan dövlətinin həmrəylik və qarşılıqlı etimada söykənən münasibətlər əsasında dünya siyasətinin nüfuzlu iştirakçısı olduğunu bir daha sübut etmiş oldu.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi öz xalqına arxalanaraq bu gün də qətiyyətli addımlar atır, əhalinin rifah halının daha da yaxşılaşması üçün çox əhəmiyyətli qərarlar qəbul edir. Dövlətimizin qüdrətinə güvənən xalqımız da çətin gündə ölkə rəhbərliyi ilə daha möhkəm həmrəylik nümayiş etdirməklə öz məğrur obrazına yeni çalarlar gətirir”, - deyə Milli Məclis Sədrinin müavini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır