Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

Bakı, 18 noyabr, Əsəd Məmmədov, AZƏRTAC

Noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.

Gündəlik təsdiqlənəndən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, büdcə sənədlərindən göründüyü kimi, 2015-ci il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradır.

Bildirilib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğində nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəricilərini məqbul hesab etmək olar. On ildən artıqdır ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri arasında yerini qoruyub saxlaya bilib. Bütün müsbət iqtisadi göstəricilər 2015-ci il dövlət büdcəsi zərfi sənədlərinə də öz təsirini göstərib.

Sədr bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsi Azərbaycanda real inkişaf səviyyəsi, dünyada gedən siyasi-iqtisadi proseslərin təsiri, baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirib. Büdcə zərfinə daxil olan 2015-ci il və sonrakı üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, 2015-ci ildə büdcə vergi siyasətinin və 2015-2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və digər sənədlər vaxtında Milli Məclisə təqdim olunub. Sədr deyib: “Cari ilin 9 ayına əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə olunub. Makroiqtisadi proqnozlara görə 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir”.  

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan dövlətinin maliyyə sabitliyini qoruması artıq ənənəvi hal alıb. Son illərdə Azərbaycanın büdcə gəlirləri əhəmiyyətli dərəcədə artıb. Ötən on ildə qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırıb, sosial-iqtisadi layihələrin həyata keçirilməsi zamanı heç bir maliyyə sıxıntısı hiss etməyib. Çünki Azərbaycanda milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən vergi, maliyyə, gömrük, bank siyasəti həyata keçirilir. Azərbaycan dövlətinin apardığı düzgün siyasətin nəticəsidir ki, büdcə xərcləri  artıq 20 milyard manatı keçib.

Qeyd edilib ki, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycanın heç bir borc problemi yoxdur.

Diqqətə çatdırılıb ki, bu ilin büdcəsində də sosial proqramlara böyük yer ayrılıb. Bütün bunlar Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin reallığa əsaslandığını təsdiqləyir.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin əsas göstəricilərini özündə əks etdirən Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.

Nazir qeyd edib ki, 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə müzakirə edilib və qanun layihəsinin plenar iclasa çıxarılması təklif edilib.

Diqqətə çatdırılıb ki, 2015-ci il dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr, 2015-2018-ci illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Həmçinin cari ilin doqquz ayında ölkənin makroiqtisadi durumunun, iqtisadiyyatın əsas meyilləri və nəticələrinin, 2013-cü və 2014-cü illərin dövlət büdcələrinin gözlənilən icra vəziyyətinin, dünyada artan geosiyasi gərginliyin yerləşdiyimiz regiona, ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirlərinin qiymətləndirilməsindən gözlənilən nəticələr nəzərə alınıb.

Bildirilib ki, 2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat olacaq. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi strategiyanın davamlılığını təmin edir. Bu rəqəm cari illə müqayisədə 5,2 faiz çoxdur.

Nazir qeyd edib ki, 2015-ci ilin büdcəsi cari ilin büdcəsi kimi investisiya yönümlü olaraq qalır. Büdcənin əsaslı xərcləri ümumi dövlət büdcəsi xərclərinin 44,4 faizi səviyyəsindədir.

Gələn il dövlət büdcəsinin sosial yönümlülüyü ənənəvi olaraq saxlanılır. Növbəti ildə əsas maliyyə təminatı rolunu oynayan dövlət büdcəsinin sosial yönümlü xərclərinin büdcədəki xüsusi çəkisi 27,6 faizdir. Növbəti ildə sosial yönümlü tədbirlər üzrə xərclərin məbləği 5 milyard 826 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 9,2 faiz artıqdır. Əhalinin ən həssas və aztəminatlı hissəsinin yaşayışı üçün mühüm maliyyə təminatı rolunu oynayan pensiya, təqaüd və sosial müavinətlərin  ödənişi üçün 1 milyard 845 milyon manat və yaxud cari ilə  nisbətən 75 milyon manat çox vəsait ayrılacaq.

Samir Şərifov bildirib ki, növbəti il büdcədən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur.

Nazir diqqətə çatdırıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur.

Qeyd edilib ki, 2015-ci il dövlət büdcəsindən elm xərclərinə 143 milyon manat vəsait nəzərdə tutulub.

Samir Şərifov deyib ki, 2015-ci il dövlət büdcəsi layihəsi dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrin yerinə yetirilməsi, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin hərtərəfli təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatı yaradır. 

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti nəticəsində davamlı iqtisadi artıma nail olunub, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifah halının yüksəldilməsində uğurlar əldə edilib.

Diqqətə çatdırılıb ki, son illərdə yaradılmış iqtisadi potensiala əsaslanaraq 2015-ci ildə iqtisadi artım  4,4 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Neft sektorunda gələn il hasilatın 40,6 milyon ton, növbəti illərdə isə orta hesabla sabit olaraq 40 milyon ton olması gözlənilir. Bununla da sabit neft hasilatı və  dinamik inkişaf edən qeyri-neft sektoru  hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Neftin 1 barrelinin qiymətinin gələn il və növbəti üç il üçün 90 dollar olması proqnozlaşdırılıb.    

Bildirilib ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5.4 milyard manat olması gözlənilir. Gələn il neft sektoruna 5.8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, bu gün Azərbaycanda məzənnə tam sabitdir. Manat çox güclü regional valyuta kimi özünü təqdim edir. Hesab edirik ki, bundan sonra da respublikamızda valyutanın sabitliyi təmin ediləcək. Mərkəzi Bank inflyasiya səviyyəsini nəzərə alaraq pulun qiymətinin, faiz dərəcəsinin aşağısalma siyasətini həyata keçirir. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4,75 faizdən 3,25 faizə endirib. 

Qeyd edilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard dollar artaraq təxminən 54 milyard dollara çatıb. Əgər Azərbaycan iqtisadiyyatı 3 il ərzində heç nə ixrac etməsə bu, həmin müddətdə ölkəmizi idxalla təmin edəcək.

Bildirilib ki, ölkəmizin strateji ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Bu dövrdə Mərkəzi Bankda valyuta ehtiyatları da 6 faizdən çox artıb. Bu gün bu rəqəm 15 milyard dollara yaxındır.

Mərkəzi Bankın idarə heyətinin sədri deyib ki, ölkəmizin iqtisadiyyatının sağlamlığının əsas göstəricisi onun xarici iqtisadi mövqeyidir. Mürəkkəb qlobal mühitə baxmayaraq, ölkəmizin xarici iqtisadi mövqeyi hələ də əlverişlidir. Azərbaycan ixracı öz idxalını 2,7 dəfə üstələyib. Bu gün Azərbaycan iqtisadiyyatın həcminə görə dünyanın 70 dövlətindən biridir. Azərbaycan həm də yoxsulluğun ən aşağı səviyyədə olduğu 25 ölkədən biridir.

Sonra Hesablama Palatasının 2015-ci il büdcə layihəsi və bu layihənin formalaşmasına təsir edən makro amillərlə bağlı ümumiləşdirilmiş rəyi dinlənilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci il üçün ölkəmizdə ümumi daxili məhsulun real artım tempinin Beynəlxalq Valyuta Fondu tərəfindən 3,5, Dünya Bankı tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırıldığını nəzərə alaraq, büdcə zərfində növbəti ilin real iqtisadi artım tempinin 4,4 faiz nəzərdə tutulması aparılan uğurlu iqtisadi siyasətin nəticələrinin beynəlxalq miqyasda qəbul edilməsinin ifadəsidir.  

Bildirilib ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dominantlıq təşkil edəcəyi iqtisadi modelə transformasiya prosesi dövlətin məqsədyönlü siyasəti nəticəsində uğurla reallaşdırılmaqdadır. Belə ki, qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması ilə bağlı tədbirlərin, respublikanın şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət büdcəsinə neft sektorundan gələn gəlirlərin artım tempinin tədricən aşağı düşməsi, qeyri-neft sahələrindən gələn gəlirlərin isə müsbət dinamikasının qorunması növbəti ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında prioritet olaraq müəyyən edilib.

Bildirilib ki, növbəti ilin büdcəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, həyata keçirilən genişmiqyaslı islahatların və tədbirlərin uğurlu davamlılığını təmin edəcək maliyyə təminatının yaradıldığını nəzərə alaraq Azərbaycan Respublikasının Hesablama Palatası 2015-ci ilin dövlət büdcəsi ilə bağlı müsbət rəyini Milli Məclisə təqdim edib.

Çıxışlardan sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlanılıb.

Müzakirələr zamanı çıxış edən deputatlar bildiriblər ki, 2015-ci ilin büdcə layihəsi təkmil sənəddir. Layihədə bütün sahələrin davamlı inkişafı üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur. 2015-ci il üçün dövlət və icmal büdcələrinin parametrləri  Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun növbəti ildə də uğurla davam etdirilməsinə maliyyə təminatı yaradacaq. Deputatlar çıxışlarında bir sıra təkliflər də səsləndiriblər. 

Üç gün davam edəcək müzakirələrdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” qanun layihələri də müzakirə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb