Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Milli Məclisdə (MM) “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilir.
AZƏRTAC xəbər verir ki, parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri MM-in deputatı Əziz Ələkbərov, MM-in Səhiyyə komitəsinin sədri, İcmanın Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi və digər qurumların təmsilçiləri, həmçinin QHT nümayəndələri iştirak edirlər.