Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Parlamentin sədri, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşüb, onlara uğurlar arzulayıb.

İctimai dinləmədə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev iştirak edib.

Tədbiri açan parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Milli Məclisin sədri Sahibə Qafarovanın adından ictimai dinləmənin iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır. Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir.

Diqqətə çatdırılıb ki, parlamentdə təmsil olunan 11 siyasi partiya “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda bir çox dəyişikliklər baş verib, ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub, Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.

Fəzail İbrahimli bildirib ki, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə olunub və bu məqamlar siyasi partiyalarla bağlı qanun layihəsində öz əksini tapmalıdır. Diqqətə çatdırılıb ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar, İnsan hüquqları komitələrinə qanun layihəsinin hazırlanması tapşırılıb. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənın hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.

İclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış sorğunun nəticələri barədə statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunmuş ictimai müzakirənin onun başçılıq etdiyi komitə tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” mövcud Qanun 1992-ci ildə qəbul edilib. 1995-ci il Konstitusiyasında isə birləşmək hüququ, o cümlədən siyasi partiya yaratmaq hüququ təsbit edilib. Bununla yanaşı, bu illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. Eyni zamanda, son 30 il ərzində Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmlənib, ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə mühitini nümayiş etdirmələri bütövlükdə siyasi partiyalar haqqında qanunvericiliyə yeni aspektdən baxmağı zəruri edir. Milli Məclis sədrinin birinci müavini onu da vurğulayıb ki, “Siyasi partiyalar haqqında” mövcud Qanuna məhz altıncı çağırış parlamentin fəaliyyəti dövründə mühüm dəyişiklik edilib və siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi öz həllini tapıb.

Əli Hüseynli siyasi partiyalar haqqında qanunvericilikdə siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlərin göstərilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasının müvafiq maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Digər tərəfdən, hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətləri də nəzərdə tutur. O, qanun layihəsi ətrafında müzakirələrdə səslənəcək fikirlərin ölkənin müasir siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına töhfə verəcəyini söyləyib.

İclasda çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması müstəqillik tariximizdə ilk dəfə qalib siyasi sistem formalaşdırmaq və müharibə dövründə olduğu kimi, sülh dövründə də milli birliyi qorumaq zərurətindən irəli gəlir. O, müstəqilliyin qorunması və gücləndirilməsində, xalqın siyasi iradəsinin formalaşmasında və ifadəsində, ərazi bütövlüyü uğrunda mübarizədə partiyaların xidmətlərinin danılmaz olduğunu söyləyib.

Bildirilib ki, qanuni partiya quruculuğu modelinə keçid ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi, siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövründə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir.

Komitə sədri diqqətə çatdırıb ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekin vurur. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.

Sonra Zahid Oruc qanun layihəsi ilə əlaqədar siyasi partiyalardan daxil olan təkliflər barədə məlumat verib. Komitə sədri daxil olan təklifləri ayrı-ayrılıqda səsləndirərək, onları qanun layihəsində təsbit olunan maddələr üzrə cavablandırıb. O, həmçinin qanun layihəsində öz əksini tapmayan məsələlərlə də bağlı açıqlamalar verib.

Sonra iclasda aparılan müzakirələrdə “Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ağ Partiyasının sədri Tural Abbaslı, REAL Partiyasının sədri İlqar Məmmədov, “Ədalət” Partiyasının sədr müavini Elxan Şükürlü, Azad Vətən Partiyasının sədri Akif Nağı, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Gülağa Adgözəlov, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, deputatlardan Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Erkin Qədirli, Sahib Alıyev çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarda səsləndirilən bəzi məqamlara aydınlıq gətirib, onları hüquqi müstəvidə dəyərləndirib.

Tədbirin yekununda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihəsi ətrafında səmərəli fikir mübadiləsinin aparıldığını bildirib və partiya təmsilçilərinə müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü ifadə edib.

Bununla da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb