Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə UNICEF-in regional məsləhətçiləri ilə görüş olub VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Martın 2-də Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli və Aqiyə Naxçıvanlı UNICEF-in regional məsləhətçiləri Aron Qrinberq və xanım Joanne Bosvort ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanla UNICEF arasında sıx əlaqələrin mövcud olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə uşaq hüquqlarına hörmətlə yanaşılır, onların sağlamlığı, təhsili, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Ulu öndər Heydər Əliyevin zamanında uşaqların sağlam, xoşbəxt böyüməsi üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə ailə, qadın, uşaq problemləri sahəsində dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Milli Məclis UNICEF-lə səmərəli əməkdaşlıq edir. Vaxtilə parlamentimizdə UNICEF-in yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qeyd edilib ki, Azərbaycan uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu sahədə qanunvericilik bazası xeyli təkmilləşib. Parlamentdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində yeni qanunlar qəbul olunub. Milli Məclisdə qəbul olunmuş və uşaqların sağlamlığının qorunmasına xidmət edən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanun MDB məkanında model qanun kimi tövsiyə edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət yetirilir, onların təhsil haqqı dövlət tərəfindən ödənilir və bu, qanunvericiliklə tənzimlənir. Bir neçə il əvvəl ölkəmizdə “Uşaq Parlamenti” yaradılıb. Milli Məclisdə uşaqlara həsr olunmuş və onların iştirakı ilə mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir. Beşinci çağırış Milli Məclisdə bir sıra yeni komitələr yaranıb. Bu komitələrdən biri də ailə, qadın və uşaq məsələləri komitəsidir. Bu, bir daha onu göstərir ki, ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təmsil etdiyi sahəyə olan diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi komitə ailə münasibətləri, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır. Bu sahəni əhatə edən mükəmməl qanunvericilik bazası yaradılıb, əhali arasında müvafiq maarifləndirmə işləri aparılır. Komitə sədri hazırda uşaqların sağlamlığına və inkişafına zərər verən halların aradan qaldırılması ilə bağlı yeni qanun layihəsinin hazırlandığını deyib.

Görüşdə iştirak edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bildirib ki, UNICEF Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Uşaqların ailədə inkişafı, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, inklüziv təhsil məsələləri bu gün çox aktualdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar zəruri işlər görülür, dövlət uşaq hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Uşaqların müdafiəsi, onların rifahının yaxşılaşdırılması, hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericilik bazası yaradılır. Əlil uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması üçün məqsədyönlü addımlar atılır.

UNICEF-in regional məsləhətçiləri Joanne Bosvort və Aron Qrinberq bildiriblər ki, səfərin məqsədi təmsil etdikləri qurumun Azərbaycandakı fəaliyyətini nəzərdən keçirmək və dəstəkləməkdir. UNICEF-in parlamentlə əməkdaşlığı təqdirəlayiqdir. Uşaqların hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onların gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Qonaqlar müasir texnologiyalardan səmərəli istifadə edilməsi, rəqəmsal sahədə uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi, onlara diqqət və qayğının göstərilməsi məsələlərinə toxunub, bu sahədə ölkəmizdə əldə edilmiş nailiyyətləri yüksək dəyərləndiriblər.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisdə UNICEF-in regional məsləhətçiləri ilə görüş olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir