CƏMİYYƏT
Milli Məclisə seçkilərlə əlaqədar gənclərin maarifləndirilməsinə başlanılıb
Bakı, 9 avqust, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı “Seçki könüllüləri” qrupu gənclərin seçki hüququndan səmərəli istifadə etmələri məqsədilə onlara seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylayıb. Həmçinin seçki barədə ətraflı məlumat verilib və gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, “Seçki könüllüləri” paytaxtın müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərəcək. Qrupun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir.