MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən bildirmilər ki, sessiyanın gündəliyinə Azərbaycan parlament nümayəndə heyətinin mandatı ilə bağlı 1480 saylı qətnamənin yerinə yetirilməsi, Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi, söz azadlığı, dini baxışlara hörmət, təşkilata üzv dövlətlərin və hökumət başçılarının III zirvə toplantısının nəticələri, ölüm cəzası ləğv olunmayan ölkələrə AŞPA-nın münasibəti, milli azlıqların müdafiəsinə dair çərçivə konvensiyasının ratifikasiyası və digər məsələlər daxil edilmişdir.
Tadbirdə deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək, qeyd və təkliflərini verəcəklər.