Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin iclasında büdcə zərfinə daxil olan sənədlər birinci oxunuşda qəbul edilib

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova iclası açaraq ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş 5 yeni qanun və 1 qərar layihəsini gündəliyə daxil etməyi təklif edib.

Deputatlar iclasın yeni gündəliyini təsdiq etdikdən sonra 2023-cü ilin Dövlət Büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 210 manatdan 246 manata, əmək qabiliyyətli əhali üçün 220 manatdan 261 manata, pensiyaçılar üçün 176 manatdan 199 manata, uşaqlar üçün isə 193 manatdan 220 manata qədər artırılır.

Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin müsbət rəyi, deputatlardan Razi Nurullayevin, Fəzail Ağamalının, Etibar Əliyevin və Ülviyyə Həmzəyevanın fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 246 manat nəzərdə tutulur. Bu, cari illə müqayisədə 23 faiz çoxdur və sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsidir. Bununla da, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və bu da öz növbəsində vətəndaşların sosial rifahının yüksəlməsi deməkdir.

Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.

Sonra iclasda komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Məcəlləyə müxtəlif istiqamətlər üzrə dəyişikliklər təklif olunur. Bunlardan birincisi investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılması ilə bağlıdır. Burada ən böyük həcm işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi barədədir.

Beləliklə, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üçün xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Rezident hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilir. İşğaldan azad edilmiş ərazilər daxilində otellər tərəfindən göstərilən xidmətlər zamanı nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi, nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi fiziki şəxslər olan istehlakçılara geri qaytarılacaq.

Bütün bu sadalanan güzəştlər maliyyə xidmətlərinin göstərilməsinə, avtonəqliyyat vasitələri və yükdaşıma xidmətlərinə, dövlət büdcəsinin vəsaiti hesabına podratçı şirkətlər tərəfindən göstərilən xidmətlərə aid edilməyəcək. Burada istehsal fəaliyyəti göstərəcək rezident podratçılar istisna təşkil edir.

Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən istehsalçıların əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən 7 il müddətinə azad edilməsi təklif olunur.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, onlara dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad olunacaq.

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti də 2024-cü il yanvarın 1-dək uzadılacaq. Bundan başqa, müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad ediləcək.

Layihədə, həmçinin vergiödəyicilərinə hesabların açılması, vəkillik fəaliyyətinin tənzimlənməsi də daxil olmaqla bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına aparılan ödənişlər də mənfəət və ƏDV-dən azad edilir.

Bundan başqa, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.

Digər mühüm məsələ isə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması ilə bağlıdır. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi nəzərdə tutulur.

Bundan başqa, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əməkhaqqı gəliri ilə bağlı güzəştlərin verilməsi də layihədə nəzərdə tutulur.

Başqa bir mühüm məsələ, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.

Bundan başqa, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.

Ümumilikdə, məcəlləyə 42-yə yaxın dəyişiklik təklif olunur ki, bu da vergi sahəsindəki islahatların yeni bir mərhələyə keçməsi deməkdir.

Layihə ilə bağlı Milli Məclisin komitə sədri Zahid Orucun, deputatlardan Azər Badamovun və Bəhruz Məhərrəmovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təklif olunan dəyişiklik gömrük əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.

Deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda qəbul olunub.

Növbəti məsələ - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, bu dəyişiklik pensiya yaşına çatmış vətəndaşların pensiya hüquqlarının genişləndirilməsinə xidmət edir. Belə ki, sənədə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Deputatlardan Sahib Alıyevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar komitə sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişiklik Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət, qeyri-neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək şərtləri müəyyən edir. Layihədə, eyni zamanda, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Təqdim edilən layihədə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği müəyyən edilir.

Layihə birinci oxunuşda təsdiq edilib.

Gündəliyin növbəti məsələsi olan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi barədə (birinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərlə 3 məsələnin həlli nəzərdə tutulur. Birinci, işğaldan azad edilmiş ərazilərdə əmək prosesinə cəlb edilmiş şəxslərin iş icazəsinin hər dəfə 1 il yox, 2 il uzadılmasına imkan verir. İkinci, bu müddəa “Dövlət rüsumu haqqında” qanunla uyğunlaşdırılır. Üçüncü isə, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərin beş il müddətinə, 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur. Hesab edirik ki, bu layihə də Böyük Qayıdış proqramının çox vacib elementlərindən biri kimi bu prosesə öz töhfəsini verəcəkdir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənədə əsasən, Məcəlləyə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunur. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən edilir. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.

Deputatlardan Razi Nurullayevin və Aydın Mirzəzadənin fikirləri dinlənildikdən və sualları cavablandırıldıqdan sonra layihə birinci oxunuşda təsdiqlənib.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O bildirib ki, dəyişiklik qanuna 15-21.1-1-ci maddənin əlavə edilməsini nəzərdə tutur. Maddədə nəzərdə tutulan İcbari Tibbi Sığorta Fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunur.

Layihə birinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) icmal büdcənin tərkib hissəsi olacaq İcbari Tibbi Sığorta fondunun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Tahir Mirkişili bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Layihə birinci oxunuşda təsdiqlənib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi Milli Məclisin qərar layihələridir. 14 və 15-ci məsələlər Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, Büdcə Zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.

Sonra Milli Məclisin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2023-cü il üçün xərclər smetası haqqında məlumat verib.

Deputat Aydın Hüseynovun sənəd barədə fikirləri dinlənildikdən sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü il üçün xərclər smetası haqqında məlumat verib. O bildirib ki, 2023-cü ildə Hesablama Palatasının büdcəsi 10,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsindən təqribən 5,5 faiz artıqdır. Növbəti il üçün nəzərdə tutulmuş xərclərin 89 faizi əmək tutumlu, 1,6 faizi isə əsaslı xərclərdən ibarətdir.

Sonra Milli Məclisin sədri bildirib ki, növbəti məsələ Milli Məclisin parlamentlərarası əlaqələr üzrə 4 yeni işçi qrupunun yaradılması ilə bağlıdır.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi haqqında məlumat verib. O bildirib ki, qərar layihəsində Milli Məclisin Kamboca, Monqolustan, Sinqapur və Tunislə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, deputat Ramin Məmmədov Kamboca ilə, Zahid Oruc Monqolustanla, Məşhur Məmmədov Sinqapurla, Ziyafət Əsgərov isə Tunislə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilir.

Qərar layihəsi barədə deputat Ceyhun Məmmədovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin sonuncu 5 məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirlik və nümayəndəliklərinin təsis edilməsi barədədir və bir oxunuşda təsdiqlənəcək.

Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcəkdir.

Qanun layihələri barədə deputat Musa Qasımlı fikirlərini bildirdikdən sonra beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub