MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
İclasda “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Böyük Britaniya Birləşmiş Krallığı Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov demişdir ki, Anlaşma Memorandumu 2004-cü il sentyabrın 29-da Bakı şəhərində imzalanmışdır.
Sənəddə deyilir ki, Əfqanıstandan Böyük Britaniya Birləşmiş Krallığına qeyri-qanuni mühacirət etmiş, eləcə viza müddətləri bitdikdən sonra öz ölkələrinə dönmək istəməyən əfqanların geri qaytarılmaları üçün Azərbaycandan tranzit ölkə kimi istifadə olunacaqdır.
Anlaşma Memorandumunun 6-cı maddəsində isə bildirilir ki, Əfqanıstan hökuməti öz vətəndaşlarını qəbul etməzsə və onları Azərbaycana qaytararsa Böyük Britaniya Birləşmiş Krallığı ən geci 48 saat ərzində həmin şəxsləri öz öhdəsinə götürəcəkdir.
Müzakirələr zamanı deputatlar sənədin Azərbaycanın maraqlarına cavab verdiyini vurğulamış və onu təsdiq olunmaq üçün Milli Məclisin müzakirəsinə çıxarmağı tövsiyə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]