Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

Sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Deputatlar Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı böhtan və şər kampaniyası həyata keçirildiyini söyləyiblər. Bildirilib ki, belə çirkin əməllər bu mötəbər tədbirin uğurla keçirilməsinə maneə törətmək gücündə deyil. Azərbaycan bu cür mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Ölkəmiz bunu dəfələrlə sübut edib. Deputatlar, həmçinin bir neçə gün öncə erməni hərbi qulluqçusu Andranik Qriqoryanın könüllü olaraq Azərbaycan tərəfə keçməsinin Ermənistan ordusunda baş verən özbaşınalığın göstəricisi olduğunu qeyd ediblər. Müzakirələr zamanı deputatlar bir sıra təkliflər də səsləndiriblər.

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında qanun layihəsinə baxılıb. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verib. Qeyd edilib ki, qanun layihəsinə Mərkəzi Bankın sədri Elman Rüstəmovun və sədrin müavini Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi məsələsi daxildir. Bildirilib ki, hər bir dövlətin aktiv pul-kredit siyasəti ölkənin iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyinin təmini üçün çox vacibdir. Bu məsələ iqtisadi siyasət komitəsinin iclasında müzakirə olunub və hər iki namizədin bank sistemindəki fəaliyyəti yüksək qiymətləndirilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Deputatlar Etibar Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunması haqqında qanun layihəsini də təsdiqləyiblər.

Daha sonra iclasda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənilib.

Milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutaraq insan alverinə qarşı mübarizədə qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsi, aidiyyəti dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyətinin təmin olunması, maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyini 2014-cü ildə də ortaya qoyub.

Bunun əyani təsdiqi olaraq dövlət başçısının Sərəncamı ilə 2014-2018-ci illər üzrə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilib. Milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələblərinin, aidiyyəti nazirlik, komitə və xidmətlərin rəy və təkliflərinin, eləcə də qeyri-hökumət təşkilatlarının tövsiyələrinin əksini tapdığı bu konseptual sənədin 2014-cü ili əhatə edən bütün tədbirləri yerinə yetirilib. Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) müvafiq Konvensiyadan irəli gələn öhdəliklərin icrasına dair hökumətə təqdim etdiyi hesabatda əksini tapan, o cümlədən cinayət təqibi, qurbanlara yardım, kompensasiya və reabilitasiya məsələlərinə dair tövsiyələri də planlı surətdə icra olunub.

Nazir müavini deyib ki, insan alverinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etməsi baxımından xarici dövlətlərin, o cümlədən təyinat və mənbə ölkələrin aidiyyəti orqanları və müvafiq beynəlxalq təşkilatlar ilə sözügedən problemin öyrənilməsi, məlumat toplanılması, səmərəli təcrübə mübadiləsi, ümumən əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb.

2014-cü ildə Qətər Dövləti ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair Saziş imzalanıb, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri ilə insan alverinə qarşı mübarizənin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üzrə müvafiq tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, sosial və iqtisadi səbəblərin doğurduğu məcburi əməyin qarşısının alınması, onun qurbanlarının müəyyən edilməsi də əsas vəzifələrdən olub. Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Miqrasiya Xidməti tərəfindən paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində əmək miqrasiyasına nəzarət çərçivəsində keçirilmiş tədbirlərlə 4 məcburi əmək cinayəti, 164 inzibati xəta aşkarlanıb, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilib.

Qeyd edilib ki, potensial qurbanların insan alveri riskindən müdafiəsində Heydər Əliyev Fondunun böyük əməyi və əhəmiyyətli töhfələri olub. Yetkinlik yaşına çatmış kimsəsiz qızlar üçün Fond tərəfindən 50 nəfərlik 25 mənzilli bina tikilib, eləcə də valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaq evlərinin məzunları üçün 120 mənzilli bina inşa edilərək istismara verilib. İnsan alveri, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərə dair “Qaynar xətt”ə daxil olan 13 mindən çox müraciətə baxılıb və hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülüb.

Vurğulanıb ki, 10 ildən çoxdur Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılıb, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilib.

Deputatlar görülən işləri müsbət qiymətləndiriblər.

Məruzə səsvermə ilə nəzərə alınıb.

Deputatlar Seçki Məcəlləsində, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında əsasnamələrdə, “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında”, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini də təsdiqləyiblər.

Həmçinin “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi də birinci oxunuşda müzakirə olunub. 3 fəsil, 24 maddədən ibarət qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edəcək, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyəcək.

İclasda “Reklam haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Bildirilib ki, Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunmuş qanun layihəsində təklif edilən dəyişikliklər diqqətdə saxlanılıb. Qanun layihəsində Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, qanun layihəsində sosial reklam anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Qanun layihəsinə əsasən teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib.

Qanun layihəsində, həmçinin tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövrü nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib