Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Bakı, 30 mart, AZƏRTAC 

Martın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova sabah ölkəmizdə Azərbaycanlıların Soyqırımı Gününün qeyd ediləcəyini bildirdi.

Sədr son 100 ildə və ondan qabaqkı dövrdə erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Bir dəqiqəlik sükutdan sonra Sədr yaranmış vəziyyəti nəzərə alaraq, bu gün iclasda gündəlik ətrafında yarım saatlıq müzakirənin aparılmamasını xahiş etdi. Nəzərə çatdırdı ki, deputatların təklifləri əsasında plenar iclasların vaxtı da dəyişdirilib.

Bundan sonra səhər iclası saat 11-dən 13-dək, axşam iclası isə nahar fasiləsindən sonra saat 15-dən 17-dək keçiriləcək.

Sonra Sahibə Qafarova bildirdi ki, bəşəriyyət öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə aparır. Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb.

Azərbaycan rəhbərliyinin - Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördükləri tədbirlər nəticəsində ölkəmizdə bu virusun törətdiyi xəstəlik İtaliya, Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatları kimi bir sıra inkişaf etmiş dövlətlərdən fərqli olaraq, hələ ki, çox böyük fəsadlara gətirib çıxarmayıb.

Ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə bütün tövsiyələri yerinə yetirilir. Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günləri aprelin 5-dək uzadılmışdır. Tədris müəssisələrində dərslər təxirə salınmış, iri ticarət mərkəzlərinin, idman obyektlərinin, əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, ictimai iaşə müəssisələrinin iş vaxtı dəyişdirilmiş, digər zəruri tədbirlər görülmüşdür. Əhali arasında sosial özünütəcrid rejimi həyata keçirilir.

Milli Məclis də koronavirusa qarşı mübarizə tədbirlərində yaxından iştirak edir. Xüsusi iş qaydası tətbiq edilir. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi planlaşdırılır.

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Milli Məclis deputatlarının və əməkdaşlarının bir qismi öz əməkhaqlarını bütünlüklə, digər bir qismi isə əməkhaqlarının müəyyən hissəsini həmin fonda köçürmüşlər. Bu günədək Milli Məclisin deputatları və əməkdaşları fonda 250 min manatdan çox vəsait köçürmüşlər”, - deyə Sədr qeyd etdi.

Sədr diqqətə çatdırdı ki, koronavirusa qarşı mübarizə ümumxalq işidir. Hamı bu mübarizədə fəal iştirak etməlidir. İlk növbədə, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunmalı, verilən bütün tövsiyələr yerinə yetirilməlidir.

Sahibə Qafarova dövlət rəhbərliyinin gördüyü tədbirlər, eyni zamanda, milli həmrəyliyimiz, xalqımızın ümumi səyləri ilə bu bəlanın qarşısının alınacağına və bu sınaqdan da üzüağ çıxacağımıza əminliyini ifadə etdi. Bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, Milli Məclisdə akkreditasiya edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələri plenar iclas salonuna buraxılmamışlar. Lakin Milli Məclisin 2-ci mərtəbəsindəki holda onlar üçün monitorlar quraşdırılmışdır. Onlar monitorlar vasitəsilə iclasın gedişini canlı olaraq izləyib lazımi məlumatları təmsil etdikləri informasiya orqanlarına göndərə bilərlər.

Sonra gündəliyin birinci məsələsi - "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsi barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, qanun layihəsində təklif olunur ki, ölkəmizdə koronovirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılsın. Layihə səsə qoyularaq qəbul edildi.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov təqdim etdi. Bildirdi ki, hazırda ölkəmizdə səhiyyə işçilərinin əksəriyyəti koronavirus infeksiyasına qarşı mübarizəyə səfərbər edildiyinə görə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində çətinliklər əmələ gəlmişdir. Ona görə də “Tibbi sığorta haqqında” Qanunun müddəalarında bu sahədə nəzərdə tutulmuş müddətlərin uzadılması təklif olunur.

Qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təklifinə əsasən millət vəkilləri koronavirus infeksiyası ilə mübarizədə göstərdikləri şücaətə görə Azərbaycanın tibb işçilərinə alqışlarla təşəkkürlərini bildirdilər.

Bu qanun layihəsi də səsə qoyularaq təsdiq edildi.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin növbəti üç məsələsi barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilməsi təklif olunur: “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.”.

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə isə aşağıdakı məzmunda əlavə edilməsi təklif olunur: “Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın müraciəti əsasında Milli Məclisin iclaslarının, həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanuna təklif olunan dəyişiklik də eyni məzmunludur.

Sonra hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasda deputatlar Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibini də təsdiq etdilər.

Millət vəkilləri “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişi, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsini, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi də komitə sədrləri Əli Hüseynli, Tahir Mirkişili, Səməd Seyidov və Musa Quliyevin təqdimatlarından sonra təsdiq etdilər.

Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin diplomatik əlaqələrinin daha da inkişafına və vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə xidmət edir.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, həmçinin “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” qanunlarda da müvafiq dəyişikliklər edildi.

İclasın sonunda deputatlar “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda səsə qoyaraq qəbul etdilər.

İclasda ayrı-ayrı məsələlərin müzakirəsi zamanı Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komitə sədrləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Aydın Mirzəzadə, Fazil Mustafa, Məlahət İbrahimqızı, Tahir Kərimli, Elman Nəsirov, Razi Nurullayev, Hikmət Məmmədov, Novruzəli Aslanov, Jalə Əliyeva, Nizami Səfərov, Ramil Həsənov, Erkin Qədirli, Şahin İsmayılov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Anar İsgəndərov, Rauf Əliyev, Fatma Yıldırım, Vüqar Bayramov, Fazil Qəzənfəroğlu, Bəhruz Məhərrəmov, Soltan Məmmədov və Sahib Alıyev çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər.

Bununla da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır