MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ RUSİYAYA SƏFƏR EDƏCƏK
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında Azərbaycan ilinin yekun tədbirlərində iştirak etmək üçün dekabrın 25-dən 27-dək Moskvada səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar Elmira Axundova və Mixail Zabelin daxildirlər.
Səfər müddətində parlament nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulmuşdur.