Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib

Bakı, 30 sentyabr (AZƏRTAC, Aidə Quluzadə). Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndi.

Sonra Oqtay Əsədov 2014-cü ilin yaz və növbədənkənar sessiyalarında Milli Məclisin fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, bu dövrdə Milli Məclisin 12 iclası keçirilib, parlamentdə 131 qanun və qərar qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmlənib.

Qeyd edildi ki, ötən dövrdə parlamentin beynəlxalq əlaqələri də sürətlə inkişaf edib. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Ümumilikdə 38 ölkəyə 75 nümayəndə heyəti səfər edib. Deputatlarımız Türkiyədə prezident, Serbiyada parlament seçkilərində müşahidəçi qismində iştirak ediblər. Qırxdan çox ölkənin nümayəndələri Azərbaycana səfər çərçivəsində Milli Məclisdə olublar. Azərbaycan parlamentinin xətti ilə Bakıda 6 beynəlxalq təşkilatın tədbirləri keçirilib.

Daha sonra gündəlik təsdiq olundu.

Cari məsələlərin müzakirəsi zamanı Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qeyri-obyektiv qətnamə əsas diqqət mərkəzində olub.

Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirərək təəssüflə qeyd edib ki, Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrin ölkəmizə qarşı təzyiq yolunu tutaraq bəzi beynəlxalq təşkilatların əli ilə ədalətsiz qətnamələr qəbul etdirməsi son vaxtlar adət halını alıb. Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi də belələrindən biridir və bu sənəd ölkəmizdə çox vacib hadisələrin baş verdiyi bir dövrdə qəbul edilib. Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan belə təzyiqlər qarşısında heç vaxt geri çəkilməyəcək. Heç kim müstəqil Azərbaycanı öz yolundan döndərə bilməyəcək.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın müstəqil siyasətini özündən razılıq kimi qəbul edirlər. Onlar Azərbaycanı öz istəklərini həyata keçirmək məqsədilə alət kimi istifadə edə bilmədikləri üçün ölkəmizi müxtəlif bəhanələrlə ittiham edirlər. Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan öz yolu ilə irəliləyir və heç kimin bu yola şübhəsi olmamalıdır. Heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməyəcək. Beynəlxalq dairələrin və zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilməyi nə dövlət, nə də xalq qəbul etməz.

Azərbaycanda müxtəlif yönümlü qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini deyən B.Muradova QHT-lərin öz fəaliyyətlərinə sərf etdikləri maliyyə vəsaiti barədə hesabat vermələrinin zəruri olduğunu deyib. O əlavə edib ki, bu sahədə şəffaflıq olmalıdır və hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxışında Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlar nümayiş etdirdiyini deyib.

Çıxış edən deputatlar bildiriblər ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə tamamilə əsassız və qərəzlidir. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə sıx əməkdaşlığı var. Təəssüf ki, Avropa Parlamenti ölkəmizlə bağlı qeyri-obyektiv qərar qəbul edir.

Sonra iclasda parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edildi.

Deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının Bəyannaməsinin, Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, həmçinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin, “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlərin, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun, “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələrinə baxıblar. Həmçinin “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilərək təsdiqlənib.

İclasda İnzibati Xətalar, Gömrük, Vergi, Əmək, Şəhərsalma və Tikinti məcəllələrində, “Poçt” haqqında, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi” haqqında, “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Valyuta tənzimi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Siyasi partiyalar haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri qəbul edilib.

“Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklər. Həmin hesabatlar komissiyanın internet səhifəsində yerləşdiriləcək.

Sonda Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər