Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 50 məsələyə baxılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyi gündə belə bir iri miqyaslı regional layihənin reallaşması iki qardaş ölkənin dünyaya verdiyi növbəti mesaj idi. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana necə siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində, digər bütün məsələlərdə onun yanındadır.

Dövlət başçıları bir sıra digər obyektlərin də təməlini qoydular, müəssisələrin açılışında iştirak etdilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni məzmun gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimiz və güc mənbəyimizdir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Zəngilandan dünyaya verilən bir mesaj da ondan ibarət idi ki, Prezidentin dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəyik. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və həyata keçirilən digər quruculuq işləri məhz bu məqsədə yönəlmişdir.

Milli Məclisin sədri qeyd edib ki, Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva bölgəyə hər səfərlərində olduğu kimi, bu dəfə də Füzulidə, Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur obyektlərinin və yaşayış binalarının təməlini qoydular: "Hesab edirəm ki, geniş vüsət alan bu bərpa-quruculuq işləri Böyük Qayıdışın getdikcə daha yaxından eşidilən addım səsləridir. Biz əminik ki, bölgənin iqtisadi dirçəlişi ilə bağlı olan layihələrin hamısı uğurla başa çatdırılacaq. Köçkünlük həyatı yaşayan soydaşlarımızın yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil",- deyə Sahibə Qafarova bildirib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Fəzail Ağamalı, Rəşad Mahmudov, Azay Quliyev, Tural Gəncəliyev, Elşad Mirbəşir oğlu, Əli Məsimli, Razi Nurullayev, Jalə Əliyeva ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı barədə fikirlərini açıqlayıblar. Bu hadisəni Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin növbəti bariz nümunəsi kimi dəyərləndiriblər. Qeyd edilib ki, kommunikasiyaların açılışı bölgədə davamlı sülhün, sabitliyin bərqərar olması, region ölkələri arasında əməkdaşlığın inkişafı üçün ən vacib amillərdən biridir.

Milli Məclisin deputatları, həmçinin ATƏT-in birtərəfli qaydada Ermənistana missiya göndərməsinə münasibət bildiriblər. Bunun heç bir əsası olmadığını və heç bir əhəmiyyət daşımadığını söyləyiblər. Deputatlar Azərbaycanın yeni geosiyasi reallıqlara çox diqqətlə yanaşdığını, ölkəmizin bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş fəaliyyətini vurğulayıblar.

Çıxışlarda Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik sahəsində ölkə daxilində və xaricdə səmərəli fəaliyyəti təqdir edilib. Deputatlar seçiciləri narahat edən bəzi məsələlərdən söhbət açıblar.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 50 məsələ müzakirə olunacaq. Bildirib ki, ilk üç məsələ beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı qanun layihələridir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, bu layihələr bir oxunuşda baxılıb, qəbul ediləcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, Saziş iki ölkə arasında dostluq münasibətlərinin genişləndirilməsi və inkişaf etdirilməsinə, habelə diplomatik və xidməti pasportlara malik şəxslər üçün öz ərazilərində səyahət prosedurlarının sadələşdirilməsinə xidmət edir.

Sənədə uyğun olaraq, bir dövlətin etibarlı diplomatik və xidməti pasportlara malik olan, müvafiq ölkələrin ərazisində akkreditə olunmamış vətəndaşları digər dövlətin ərazisinə səfər etmək, oradan tranzit keçmək, getmək və ya orada hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə qalmaq məqsədilə daxil olmaq üçün viza əldə etmək öhdəliyindən azad edilir. Tərəflər təhlükəsizlik, ictimai asayış və ya ictimai sağlamlıq səbəblərindən bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Saziş tərəflər arasında sosial təminat sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi məqsədilə imzalanıb. Tərəflərdən birinin və ya hər ikisinin qanunvericiliyinin təsir dairəsinə düşən və ya düşmüş vətəndaşlarına, onların ailə üzvlərinə şamil olunur. Sazişə əsasən, tərəflərdən birinin qanunvericiliyinə əsasən təyin olunmuş pensiya digər tərəfin ərazisində və ya üçüncü dövlətin ərazisində yaşayan pensiyanı alana ödənilir. Sənəddə pensiyaların ödənilməsi, pensiya hüququnun müəyyən edilməsi, pensiyanın hesablanması, məlumat mübadiləsi və qarşılıqlı yardım, ötürülən məlumatların konfidensiallığı və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, bu Əlavə Protokolun məqsədi məlumatların elektron qeydiyyatı və işlənilməsi üçün istifadə olunan prosedurlar vasitəsilə əmtəə-nəqliyyat qaiməsinin istəyə görə hazırlanması qaydalarının sadələşdirilməsidir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin vacibliyini qeyd edib və layihə barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Deputatlar Mahir Abbaszadə və Azay Quliyev məsələ ilə əlaqədar fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkəmizdə açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı uğurla həyata keçirilməkdədir. Plana uyğun olaraq əhaliyə göstərilən elektron xidmətlər genişləndirilir və bu sahədə işin daha da təkmilləşdirillməsi üçün bir sıra qanunlarda dəyişiklik edilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisə bir məktubda 47 qanun layihəsini təqdim edib. Qanun layihələri mahiyyətcə bir-birinə yaxındır və birinci oxunuşda müzakirə ediləcək.

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Belə ki, qanunun 12-ci maddəsinə təklif olunan əlavəyə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin 5-ci məsələsindən 22-ci məsələsinədək olan növbəti 18 qanun layihəsini təqdim edib. Komitə sədri bildirib ki, “İnzibati icraat haqqında” Qanuna görə, elektron informasiya sistemi vasitəsilə mübadilə edilən sənədlər elektron sənəd formatında olmalıdır, yəni elektron imza ilə imzalanmış sənədlər olmalıdır. Təqdim olunan layihələrə uyğun olaraq, ərizəçidən heç bir sənəd tələb olunmur, yalnız sahəvi qanunlarda müəyyən olunmuş siyahı üzrə ərizəyə əlavə olunan sənədlərin elektron informasiya sistemi vasitəsi ilə ötürülməsi nəzərdə tutulur.

Qeyd edilib ki, ölkə Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycanda dövlət informasiya sistemlərinin yaradılması qaydaları müəyyən olunub. Bu qaydalara əsasən, Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsinin təsdiq edilməsi və dövlət informasiya sistemlərinin reyestrinin yaradılması nəzərdə tutulub. Qanunların icra olunması üçün qeyd olunan Əsasnamənin təsdiq edilməsi və yaradılan reyestrdə məlumatların öz əksini tapması vacibdir.

Komitə sədri təqdim olunan qanun layihələrini Azərbaycanda elektron hökumət və dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlanması kimi dəyərləndirib.

Təqdim olunan sənədlərin mahiyyəti ilə bağlı diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri əsasən adıçəkilən qanunların müvafiq maddələrində təsbit olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 16 məsələsinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və 23-38-ci məsələlər barədə danışmaq üçün sözü komitənin üzvü Kamal Cəfərova verib.

O, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.

Kamal Cəfərov bildirib ki, bu layihələrdə də təklif olunan dəyişikliklərin məqsədi dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunmasıdır.

Yəni, vətəndaşlar dövlət xidmətlərindən yararlanarkən onlardan qanunvericiliklə müəyyən olunmuş sənədlər və ya məlumatlar tələb olunur. Lakin həmin tələb olunan sənəd və ya məlumatların əksəriyyəti hazırda Elektron Hökumət İnformasiya Sistemində mövcuddur. Ona görə də tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

Parlamentin sədri gündəliyin 39-cu və 40-cı məsələlərinə - “Seleksiya nailiyyətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə Aqrar siyasət komitəsində baxıldığını bildirib.

Məsələlərə dair məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, layihədə təklif olunan dəyişikliklərə görə, patent almaq üçün, torpaqların icarəyə verilməsi zamanı zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

S.Qafarova bildirib ki, növbəti üç məsələyə, yəni 41-ci, 42-ci və 43-cü məsələlərə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxılıb. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Ziyafət Əsgərov bildirib ki, hər üç məsələ Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.

Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.

Gündəliyin 44-cü məsələsi olan “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım məlumat verib. O bildirib ki, layihədə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 52-ci - “Dövlət ekoloji ekspertizasına dair tələblər” maddəsinə təklif olunan dəyişiklik də mahiyyətcə eynidir və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Həmin bənddə təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlardan təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Bununla əlaqədar qeyd edilən tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranır, nəticədə həmin tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək olmasını təmin edəcək.

Qanun layihəsinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın gücləndirilməsinə xidmət edəcəkdir.

Növbəti məsələni - Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Bildirib ki, layihədə Ailə Məcəlləsinin 164-cü maddəsinə təklif olunan dəyişikliyə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün tələb olunan sənədlərlə bağlı eyni rejim tətbiq edilir və bu zaman da zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınması təmin olunur.

Növbəti məsələ - “Elektron imza və elektron sənəd haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirib ki, layihədə qanuna yeni 9.2-1-ci maddə əlavə edilir ki, bu da Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması üçün müvafiq sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini nəzərdə tutur.

Sahibə Qafarova gündəliyin 47-ci məsələsi olan “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat vermək üçün sözü Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova təqdim edib. Səməd Seyidov bu layihədə də yuxarıda bəhs edilən tələbin adıçəkilən sahəvi qanunda təsbit edildiyini bildirib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov gündəliyin son üç məsələsini - “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Təklif olunan dəyişikliklərin sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacibliyini qeyd edən deputat adıçəkilən qanunların daha çox əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, bu nöqteyi-nəzərdən həmin istiqamətlərdə elektron xidmətlərdən daha çox istifadə edilməsi vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, həm də onların sosial təminatının daha qısa zamanda gücləndirilməsinə və bu istiqamətdə islahatların davam etdirilməsinə imkan yaradacaq.

Deputat hər üç məsələnin açıq hökumətin təşviq edilməsi, eyni zamanda, sosial təminatın gücləndirilməsi, əhalinin həssas qruplarının təminatı və onların sosial müdafiəsinin genişləndirilməsi baxımından vacib olduğunu söyləyib.

Sonra təqdim olunan sənədlər ətrafında müzakirələr aparılıb. Komitə sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov, Etibar Əliyev, Razi Nurullayev, Arzu Nağıyev, Emin Hacıyev, Elşən Musayev, Kamran Bayramov, Ceyhun Məmmədov, Aydın Hüseynov təklif olunan dəyişikliklərin müasir dövrün tələblərinə uyğun olduğunu bildiriblər. Milli Məclisin deputatları layihələrin vətəndaş məmnunluğunun artırılması, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi baxımından əhəmiyyətindən danışıblar.

Müzakirələrin yekununda təqdim olunan 47 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub