Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏTBUATIMIZIN TARİXİNDƏ ÖZ MƏKTƏBİNİ YARADAN USTAD

Azərbaycan milli mətbuatının 30 ildən çox bir dövrünün inkişafı və ideya-məzmun cəhətdən formalaşması ümummilli lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev müasir mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmiş, onun böyük qayğıkeşi və himayədarı olmuşdur. Bu bir həqiqətdir ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra məhz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti, doğma xalqına sonsuz məhəbbəti sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanın özü ilə bərabər, onun milli mətbuatı da əsl inkişaf mərhələsini yaşamışdır. Qətiyyətlə deyə bilərəm ki, ulu öndərin siyasi irsini, zəngin dövlətçilik fəaliyyyətini araşdıranlar da yaxşı bilirlər ki, çağdaş dünya tarixində mətbuatın cəmiyyətə təsir gücünün əhəmiyyətini Heydər Əliyev qədər yüksək qiymətləndirən ikinci bir lider olmamışdır.

Sovet hakimiyyəti illərində rejimin ideoloqlarını ən çox vahimələndirən məsələlərdən biri azad söz, demokratik fikirlər idi. Elə buna görə də senzura elmi, iqtisadi və hərbi baxımdan, həqiqətən, dövlət sirri sayılan məlumatlarla yanaşı, fərqli düşüncələrin, hakim kommunist partiyasının ideoloji qəlibləri çərçivəsindən kənara çıxan fikirlərin, baxışların da, - bunların cəmiyyət üçün faydalı olub-olmamasına məhəl qoyulmurdu, - kütləvi informasiya vasitələrinə yol tapmasına imkan vermirdi. Lakin Heydər Əliyev həmin qorxu buzunu məharətlə, ona bir növ rəsmi ideologiya çaları verməklə qıra bilmişdir. Ulu öndərimiz respublikaya rəhbərliyinin birinci mərhələsində bu yolla Azərbaycanda mətbuata imkan daxilində sərbəstlik verir, onun ictimai təsir gücünün, nüfuzunun artmasına xüsusi diqqət və qayğı göstərirdi. Məhz həmin illərdə Azərbaycan mətbuatına milli ruh qayıtmış, azərbaycançılıq ideologiyasının təbliğinə başlanmışdır.

Lakin çox təəssüf ki, o vaxtlar bunu gözü götürməyən bədxahlar da var idi və onlar adət etdikləri “çuğulluq mərəzindən” xilas ola bilmirdilər. Bu baxımdan həmin dövrdə “Qobustan” və “Ulduz” jurnallarına qarşı təzyiqlər səciyyəvi idi. Ulu öndər 1997-ci ilin oktyabrında Azərbaycan yazıçılarının X qurultayında demişdir: “...Məsələn, mən “Qobustan” jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu “Qobustan” jurnalına. Görürdüm burada bunların dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də “Qobustan” jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm - “Qobustan” jurnalı o vaxt çox işlər gördü.

Amma təkcə “Qobustan” jurnalı deyildi. “Azərbaycan” jurnalını, “Ulduz” jurnalını götürün. Bunlar dövlət jurnalları idi, amma bu jurnallarda siz nə istəyirdiniz, onu da dərc edirdiniz, heç bir məhdudiyyət yox idi”.

O illərdə Azərbaycan mətbuatında xüsusi yeri olan nəşrlərdən biri də “Bakı” və “Baku” axşam qəzetləri idi. Onların nömrələrini vərəqləsək görərik ki, bu qəzetlərin ən maraqlı, ən mükəmməl nüsxələri məhz ötən əsrin 70-ci illərində işıq üzü görmüşdür. Həmin illəri “Bakı” və “Baku” qəzetlərinin intibah dövrü adlandırmaq olar.

Ümummilli liderimiz Heydər Əliyev milli mətbuatımızın ənənələrini zənginləşdirən 3 mühüm prinsipi müəyyənləşdirmişdir. Bunlardan birincisi, dövlətçiliyə xidmətdir. Nəsir müəllimin bütün həyatı, sözün əsl mənasında, dövlətçiliyə xidmət nümunəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın əbədiyaşar ənənələrinə əlavə etdiyi yeni dəyərlərin ikincisi, Azərbaycan və azərbaycançılıq ideologiyasının təbliğidir. Ustadımız Nəsir müəllimin mətbuat sahəsindəki səmərəli fəaliyyəti də Azərbaycan və azərbaycançılıq ideologiyası üzərində qurulmuşdur.

Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplərdən üçüncüsü, ümumbəşəri dəyərlərə hörmətlə yanaşmaqdır. Unudulmaz Nəsir müəllim də tələbələrinə, rəhbərlik etdiyi jurnalist kollektivlərinin üzvlərinə öz fəaliyyətlərində bu prinsipə həmişə sadiq qalmağı tövsiyə edərdi.

Tam məsuliyyətlə deyə bilərəm ki, Nəsir müəllimin şəxsiyyətində bir neçə yaradıcı fərdin ali məziyyətləri təcəssüm tapmışdı:

- professor Nəsir İmanquliyev ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin auditoriyalarına daxil olanda əsl alim və müəllim idi;

- Nəsir müəllim özünün yaratdığı və fasiləsiz 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri redaksiyasının kandarından içəri qədəm qoyanda istedadlı qəzetçi, müdrik redaktor və böyük mühərrir idi;

- Nəsir müəllim ardıcıl 10 çağırış deputat seçildiyi Bakı Şəhər Sovetinin sessiyalarına, mötəbər yığıncaqlara, fəxri təqaüdə çıxandan sonra sədrin müavini vəzifəsində çalışdığı Bakı Veteranlar Şurasının tədbirlərinə gedəndə nüfuzlu ictimai xadim idi;

- böyük nüfuz, dərin hörmət sahibi olan Nəsir müəllim kollektiv üzvlərinin, dost-tanışların, qohum-əqrəbanın xeyir və şərində isə müdrik ağsaqqal idi.

Professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti “Bakı” və “Baku” qəzetləri idi. O, universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayıb, “Bakı” və “Baku”nun “auditoriyalarında” isə Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri öyrədib. Bütün bunlara görə tam məsuliyyətlə deyə bilərəm ki, Nəsir müəllim milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.

Əlbəttə, ustadların məktəbi olur və bu mərtəbəyə ucalmağın necə çətin və şərəfli olduğunu bilmək üçün Nəsir müəllimin ömür yoluna ötəri bir nəzər salmaq da kifayətdir. 1932-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə “Kommunist” qəzeti redaksiyasında işə qəbul olunan Nəsir müəllim taleyini birdəfəlik jurnalistikaya bağlamış, sonralar “Gənc işçi”, “Yeni yol” qəzetlərində, müharibə illərində Krımda cəbhə qəzetində, 24 il yenə də “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. Bir müddət Bakı Şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitədə eyni şöbənin müdir müavini, Radio Verilişləri Baş İdarəsinin rəisi, Azərbaycan Radio-Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini işləmiş, nəhayət, 1958-ci ildə “Bakı” qəzetini, 1963-cü ildə isə həm də “Baku”nu yaradaraq, tam 30 il bu nəşrlərin dəyişməz redaktoru olmuşdur.

Nəsir müəllimin jurnalistika məktəbinin yetirmələri o vaxtlar da, elə indinin özündə də Azərbaycanın aparıcı mətbuat orqanlarında çalışır, dəst-xətləri ilə seçilirlər. Adları milli mətbuatımızın tarixinə düşmüş jurnalistlərin bütöv bir nəsli, sözün həqiqi mənasında, Nəsir İmanquliyev məktəbinin yetirməsidir.

Nəsir müəllimin məktəbi təkcə istedadlı jurnalistlər deyil, həm də görkəmli elm və ədəbiyyat xadimləri yetirmişdir. Sonralar Azərbaycan ədəbiyyatının tanınmış simaları olan bir sıra yazıçılar, şairlər, alimlər ilk yaradıcılıq addımlarını “Bakı” qəzetində atmışlar. “Bakı” qəzeti, həm də bütöv bir ədəbi nəslin yeni əsərlərinin işıq üzü gördüyü nəşr olmuşdur. Bu barədə zəngin bir siyahı tərtib etmək olar.

Nəsir müəllimin fəxri adları, fəxri mükafatları çox olub. Bu fəxri adlar, mükafatlar Nəsir müəllimin milli mətbuatımızın inkişafındakı əvəzsiz xidmətlərinin rəsmi təsdiqidir. Qətiyyətlə deyə bilərəm ki, bu fədakar insanın banisi olduğu və 30 il sükanı arxasında vüqarla dayanaraq daim irəli apardığı, inkişaf etdirdiyi, övladı qədər sevdiyi, uğurlarından sonsuz iftixar hissi duyduğu “Bakı” qəzetinin 1958-ci il yanvarın 10-da nəşrə başlaması Azərbaycan mətbuatının tarixində milli hadisədir.

Bu qəzet işıq üzü görməsi ilə o dövrün ciddi siyasi buxovları çərçivəsində sıxılan milli mətbuatımıza yeni nəfəs, yeni ruh, yeni dəst-xətt gətirmişdir. Oxucuların yaşlı nəslinin nümayəndələri hər gün axşamçağı “Bakı” və “Baku” qəzetlərini almaq üçün köşklərin qarşısında növbəyə dayandıqları vaxtın xiffətini çəkdiklərini indinin özündə də xoş duyğularla xatırlayırlar.

Milli mətbuatımızın indi üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə böyük üstünlük verirdi. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.

Fərqləndirici cəhətlərdən söz düşmüşkən onu da deyim ki, mətbuatımızın tarixində 30 il fasiləsiz redaktor işləmək, hər həftə iki dildə, özü də bir-birini təkrarlamayan 12 nömrə qəzet buraxmaq, müxtəlif millətlərə, müxtəlif zövqlərə, fərqli düşüncələrə mənsub böyük bir kollektivi saat mexanizmi kimi dəqiq işlətmək heç də hamıya nəsib olan hünər deyildir. Təkcə bu faktın özü Nəsir müəllimin ağsaqqallığı, idarəçilik üslubu, redaktorluq məharəti, ustalığı və ustadlığı haqqında çox söz deyir.

Nəsir müəllimə cəmiyyətdə, kollektivdə, dost-tanışları arasında nüfuz qazandıran nəcib xüsusiyyətlərindən biri də onun obyektivliyi, işçilərini ayağa verməməsi, çətinə düşəndə onlara arxa-dayaq olması idi. Müəllimimizin bu nəcib keyfiyyətləri barədə çox danışılıb, çox yazılıb, bundan sonra da danışılacaq və yazılacaqdır.

Lakin mən bir məqama toxunmaq istərdim. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə saysız-hesabsız kütləvi informasiya vasitələri, o cümlədən yüzlərlə qəzet və jurnal yaranmışdır. Bir tərəfdən, bu, Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsinin göstəricisidir. Ancaq həmin nəşrlərin çox az bir hissəsi özünü təsdiqləyə bilmişdir. Əksəriyyətinin isə məramı, məqsədi heç onları nəşr edənlərin özlərinə də məlum deyildir. Bir qismi də Azərbaycan mətbuatına əsla hörmət gətirməyən sırf şəxsi məqsədlərə xidmət edir.

Mətbuatın ən mühüm vəzifələrindən biri ölkənin həyatı, habelə dünyada baş verən başlıca hadisələr haqqında cəmiyyəti məlumatlandırmaqla yanaşı, həm də milli mənəvi dəyərlərə, xalqın tarixinə, mədəniyyətinə hörmət hissi tərbiyə etmək, bugünkü qloballaşma dövrünün ilk növbədə, gənclərə mənfi təsirlərinə biganə qalmamaq, başqa sözlə, maarifləndirmə, təbliğat işi görməkdir.

Əfsuslar olsun ki, çox hallarda biz başqa vəziyyətlə qarşılaşırıq. Nəşrlərin bir çoxu nəinki bunlara məhəl qoymur, hətta ən adi ədəb-ərkan, davranış, etika normalarını da gözləmir. Ayrı-ayrı insanların ləyaqətinə, şəxsiyyətinə toxunan təhqiramiz, böhtan xarakterli yazıların dərc olunması az qala “normaya” çevrilmişdir. Belə yazıların müəlliflərini, yaxud onları dərc edən redaktorları bu hərəkətlərinə görə məhkəməyə verəndə də fürsət gözləyən “hüquq müdafiəçiləri” sevincək Avropa Şurasına şikayətlər yağdırırlar. Bu başabəla demokratiya tərəfdarları (əslində, onlara demokratiya dəllalları demək daha düzgün olardı), nədənsə, təhqir olunan, ləyaqəti alçaldılan insanların da hüquqları olduğunu “unudur”, Azərbaycanın nüfuzuna xələl gətirəcək “fakt” tapmaq üçün vurnuxmaqdan usanmırlar.

Milli jurnalistikamızın ən görkəmli nümayəndələrindən olan Nəsir müəllim belə üzdəniraq “jurnalistləri”, “hüquq müdafiəçilərini” redaksiyanın qapısına da yaxın buraxmazdı. Çünki o, mətbuat tariximizin yaradıcılarının yolunu davam etdirirdi və sonda özü də onların sırasında yer tutmuşdur.

Bununla belə, qələm dostlarımızın bir çoxu kimi, mən də nikbinəm. Vaxt ötdükcə bugünkü mətbuat da, bu sahədə çalışanlar da ələnəcək, böyük Zərdabi ilə başlayan və Nəsir müəllim kimi peşəkarlar tərəfindən yüksək səviyyəyə çatdırılan Azərbaycan jurnalistikası öz ənənələrini qoruyub saxlayacaq, xalqımıza, demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu tutmuş ölkəmizə xidmət edəcəkdir.

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub