Milli QHT Forumunun yığıncağı keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.
MQF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda yeni təşkilatların MQF-yə qəbulu, cəmiyyətdə şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı dövlət qurumları ilə əməkdaşlıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yaradılması, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı və digər məsələlər müzakirə edilmişdir.
Müzakirələrdə “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti, “Araz” Ziyalılar İctimai Birliyi, “Sağlam ailə” İctimai Birliyi MQF-yə üzv qəbul olunmuşlar.
Toplantıda dövlət qurumları, QHT-lər və media nümayəndələrinin iştirakı ilə şəffaflıq və ictimai nəzarət mövzusunda “dəyirmi masa”nın təşkili, əhaliyə ünvanlı sosial yardımın həyata keçirilməsi ilə əlaqədar olaraq MQF-nin yeni konsepsiyasının hazırlanması qərara alınmışdır.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı da müzakirə edilmiş, MQF İdarə Heyətinin səyyar müşavirəsinin isə iyunda keçiriləcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]