Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan klubunun baş məşqçisi istefa verib
Bakı, 6 aprel, AZƏRTAC
Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubunun baş məşqçisi Vladimir Qazzayev istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onu bu vəzifədə müvəqqəti olaraq Kuanış Kabdulov əvəz edəcək. V.Qazzayevin ailə məsələlərinə görə klubla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi bildirilib.
Qeyd edək ki, millimizin sabiq futbolçusu Vaqif Cavadov “Turan”da məşqçi vəzifəsində işləyir.
Əlavə edək ki, “Turan” bu mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 3 görüşdən 1 xal toplayıb və hazırda 14 komanda arasında 13-cü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]