Millinin üzvü: İnanıram ki, həndbol Azərbaycanda gələcək illərdə daha da populyarlaşacaq
Bakı, 5 yanvar, AZƏRTAC
"2023-cü il mənim idman həyatım üçün fərqli keçdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan millisinin və "Kür"ün oyunçusu Səkinə Musayeva deyib.
Təcrübəli həndbolçu bu il maksimum dərəcədə daha az səhv etmək istədiklərini bildirib: "Ötən illə müqayisədə daha çox çalışıb nəticə qazanmaq istəyirik. Komanda olaraq öz üzərimizdə işləyəcəyik. Bu il daha güclü olmaq istəyirik. Məncə, hədəflərimizə çatacağıq".
Onun sözlərinə görə, həndbola maraq son illərdə daha da artıb: "Çox şadam ki, Azərbaycanda insanlar həndbolu sevməyə başlayıb. Mən uşaq olarkən bu cür istək yox idi. Əvvəllər həqiqətən də bu idman növündə böyük oyunçularımız olub. Hər şeydən əvvəl məktəb olmalıdır. İnanıram ki, həndbol Azərbaycanda gələcək illərdə daha da populyarlaşacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]