Minatəmizləmə Agentliyinin 25 illiyi ilə bağlı yubiley medalı təsis edilir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Minatəmizləmə Agentliyinin 25 illiyi ilə bağlı yubiley medalı təsis edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi iclasda birinci oxunuşda təqdim olunub.
Sənədə əsasən, bu medal minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Yubiley medalı döşün sol tərəfinə, digər orden və medallardan sonra taxılır.
“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 millimetr olan lövhədən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]