REGİONLAR
Mingəçevir Dövlət Universitetində voleybol üzrə yarış təşkil olunub
![](/files/galleryphoto/2020/1/1200x630/15832779163787260437_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15832779164797964720_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15832779164487459814_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15832779164189312717_1200x630.jpg)
Bakı, 4 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təhsil ocağında voleybol üzrə yarış keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda 4 komanda gücünü sınayır.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin 2-ci komandası ilə “ASAN Peşə” komandası arasında keçən gərgin mübarizədə 1-ci set 25:8, 2-ci set 25:10 və 3-cü set 25:7 hesabı ilə başa çatıb. Nəticədə universitetin 2-ci komandası “ASAN Peşə” komandası üzərində inamlı 3:0 hesabı ilə qalib gəlib.
Universitetin 1-ci komandası isə Mingəçevir Turizm Kollecinin komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən yarış universitetin 1-ci komandasının qələbəsi ilə başa çatıb 3:1.
Final görüşü martın 10-da keçiriləcək. Həmin gün Mingəçevir Dövlət Universitetinin I və II komandaları birincilik uğrunda, “ASAN Peşə” komandası isə Mingəçevir Turizm Kollecinin komandası ilə III yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışın baş hakimi Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədovdur.