Mingəçevir ərazisində Kür çayında ada yaradılacaq
Mingəçevir şəhərinin ərazisində Kür çayında ada yaradılacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən “Baku travel & tourism” şirkətinin icraçı direktoru Aziz Şiriyev bildirib ki, 2015-ci ildə istifadəyə veriləcək ada Mingəçevirdəki “River Side” otelinin ərazisinə daxil edilib. Oteldən adaya qədər olan məsafə 4 kilometr, ərazisi isə 3 hektardır. Hazırda adada təmizlik işləri aparılır. Adada əsasən paintball yarışları keçiriləcək. Adanın ərazisində isə balıqçılıq və ovçuluq üçün əlverişli şərait var.
A.Şiriyev qeyd edib ki, turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]