Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib VİDEO

Mingəçevir, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib.

Qeyd olundu ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma işləri davam etdirilir. Hazırda şəhər əhalisi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.

Məlumat verildi ki, şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində 41 kilometr içməli su, 30 kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına Kür çayının sol sahilində 13, sağ sahilində isə 8 nöqtədə təmizlənmədən çaya axıdılan tullantı sularının qarşısı alınıb.

Bildirildi ki, Mingəçevir şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə mərhələlərlə yaradılıb. Şəhərin içməli su təchizatı Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. İçməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib VİDEO

Özbəkistan nümayəndə heyətinin üzvü: COP29-un məqsədi daha effektiv formatda dialoqa başlamaqdır

COP29 çərçivəsində Çili, Meksika və Braziliyada iqlim fəaliyyəti liderliyinə dair təcrübələr paylaşılıb

Türkiyəli deputat: COP29-da aparılacaq müzakirələr dünyanın gələcəyi üçün çox vacibdir

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib  YENİLƏNİB-5

Nigeriyanın COP29-dakı nümayəndəsi: Maliyyə hədəfinə çatmaq üçün inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamalıyıq

BƏƏ enerji səmərəliliyini artırmaq niyyətindədir

COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi imkanlarına həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

Denis Beçiroviç: Azərbaycanda keçirilən COP29 xüsusi əhəmiyyət kəsb edir

Millətlər Liqası: Azərbaycan yığması Estoniya və İsveçlə oyunlara tam heyətlə hazırlaşır

BMT-nin Baş katibi ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb

® “Silk Way Group” COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

Bakıda “Karbonsuzlaşdırma, qida sistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda” mövzusunda müzakirələr aparılıb

ÜST-nin direktoru: Təhlükələrin qarşısını almaq üçün hazırlıqlı olmalıyıq

Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNİB

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb  YENİLƏNİB

Oman nümayəndəsi: COP29-da iqlim dəyişikliyi ilə mübarizədə ehtiyac duyulan maliyyə vəsaitinin təmin edilməsinə nail olacağıq

Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşüb YENİLƏNİB

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK

Kubanıçbek Ömüraliyev: TDT Türk dünyasını sülhsevər, innovativ və kollektiv şəkildə uğurlu gələcəyə aparır

Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib

Jan-Jakob Bisep: Fransa iqlimlə bağlı Paris Sazişinə riayət etmir VİDEO

Monteneqro Prezidenti: COP29-da iqlim dəyişikliyini azaltmaq üçün davamlı həllər axtarırıq

Fatma Varank: COP29-un öz məqsədinə çatmasında Azərbaycanın tərəfində olacağıq VİDEO

Lukaşenko Bakıda keçirilən COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib

COP29-un Prezidenti: İtki və Zərərlərə Cavab Fondu artıq maliyyə vəsaitlərini paylamağa hazırdır VİDEO

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 2053-cü ilədək emissiyaları sıfra endirməyi hədəfləyir

Qvineya-Bisaunun Prezidenti “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının fəxri üzvü seçilib

COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb

COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar - EKSKLÜZİV

Aleksandar Vuçiç: Qlobal mövzulardan birinə həsr olunan COP29-da Serbiyanı təmsil etməkdən şərəf duyuram

Qazaxıstan Prezidenti: Xəzər dənizi təhlükə altındadır

AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Polşa Prezidenti: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

COP29-da müxtəlif ölkələrin ekofəalları biomüxtəliflik mövzusunda müzakirə aparıblar

COP29-da “İqlim fəaliyyətində perspektivlərin yüksəldilməsi: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub

Kriştianu Ronaldu Portuqaliyada mükafata layiq görülüb

COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib VİDEO

“SOCAR Tower”in yeraltı avtomobil dayanacağında elektrik doldurma məntəqəsi istifadəyə verilib

Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb

Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb YENİLƏNİB

Almatı Məsləhətinin deputatı: Gəncləri yaşıllaşdırma layihələrinə cəlb etmək lazımdır

Konqo Prezidenti: COP29 kimi genişmiqyaslı tədbirə ev sahibliyi etmək böyük uğurdur

Prezident İlham Əliyev Qana Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

COP29-un tacik iştirakçısı: İqlim dəyişiklikləri bütün dövlətlərin məsələsidir

Prezident İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi ilə görüşüb YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb  YENİLƏNİB VİDEO

COP29-da Norveçin dərin dəniz hasilatına və balina ovuna qarşı etiraz aksiyası keçirilib

Braziliyanın COP29-da nümayəndəsi: İqlim maliyyəsində həlledici rolu inkişaf etmiş ölkələr oynamalıdır

Liberiyalı nümayəndə: Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı təcrübəsini hər zaman xatırlayacağıq

UEFA prezidenti: Oyunların sayını azaltmaq futbolçuların maaşına təsir edəcək

Baş nazir: Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir

Pakistanın İqlim Diplomatiyası Mərkəzinin prezidenti: Azərbaycan və Pakistan iqlim və davamlılıq sahəsində əməkdaşlığı gücləndirir VİDEO

ÜMT-nin nümayəndəsi: COP29 iştirakçılarının iqlim maliyyəsi üzrə razılaşma əldə edəcəklərinə ümid edirəm

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

Əlcəzairli mühəndis iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini təqdirəlayiq hesab edib VİDEO

Hulusi Kılıç: COP29 qürur mənbəyi və Türk dünyasının uğurudur

Çində avtomobilin piyadaları vurması nəticəsində 35 nəfər ölüb

Gürcüstanın Baş naziri: COP29 çox yüksək səviyyədə təşkil edilib

COP29 çərçivəsində Qazaxıstanın təbii ehtiyatlarının mühafizəsi üzrə Memorandum imzalanıb

COP29-un iştirakçısı: Yaponiya sıfır tullantılara doğru inamla irəliləyir və digər ölkələrə kömək edir

® Beynəlxalq konsaltinq şirkəti “Deloitte” COP29-da böyük heyətlə təmsil olunur

Tacikistan nümayəndəsi: COP29-un təcrübəsi iqlim dəyişikliyi ilə mübarizədə bizim üçün faydalı olacaq

Aİ Ukraynaya 1 milyon mərmi vermək planını ilin sonunadək yerinə yetirəcək

“Səbail” yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Qarabağa səfər edib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə Nazirlərin 9-cu iclası keçirilib

Almaniyada erkən parlament seçkiləri gələn il fevralın 23-də keçiriləcək

Azərbaycan Prezidenti ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab verdi - ŞƏRH

Uppsala Universitetində “Sivilizasiyaların kəsişməsində: Azərbaycan müasir dünyada” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb  YENİLƏNİB VİDEO

Əminə Ərdoğan: COP29 təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin parlaq təzahürüdür

Ağ Evin milli iqlim müşaviri: Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar

Türkiyə mediası COP29-un Liderlər Sammitinin açılışını geniş işıqlandırıb

BAEA-nın rəhbəri COP29-a böyük ümidlər bəsləyir

Azərbaycanda keçiriləcək Dünya Kubokunda 300-dək xizəkçi iştirak edəcək

Seneqallı nümayəndə: COP29-a ev sahibliyi edən Azərbaycandan çox məmnunuq

COP29-un pakistanlı iştirakçısı: Əsas gözləntilərim, COP28-də verilən vədlərin bu konfransda yerinə yetirilməsidir

Özbəkistanlı rektor: COP29 tarixi əhəmiyyətli tədbir olacaq

İrakli Kobaxidze: Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir

Çinli rejissor COP29-la bağlı sənədli film çəkəcək

IRENA-nın baş direktoru: Enerji keçidi üçün trilyonlara ehtiyacımız var

Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti: COP29 konfransı yüksək səviyyədə təşkil olunub

“Qarabağ” iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib

Çinli iştirakçı: Gənclərin iqlim dəyişikliyi ilə mübarizəsi təqdirəlayiqdir

Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Polşa Ukrayna üzərindəki raketləri vurmayacaq

COP29 tədbirində beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər müzakirə olunacaq

“Green Belt” şirkətlər qrupunun prezidenti: COP29 iqlim məsələlərində hamını birləşməyə sövq edir

Xaçmaz şəhərinin küçə və yolları yenidən qurulur

Milli Kitabxanada mühafizə olunan qədim kitabların sərgisi təşkil edilib

ABŞ Prezidentinin köməkçisi: COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük

Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb VİDEO

Afrikalı iştirakçı: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji dayanıqlılıq mövzusunda nümunəvi addımlar atdığını bir daha təsdiqləyir VİDEO

COP29 başladığı gün ilk uğuruna imza atıb

Efiopiya Prezidenti: Ümid edirik ki, COP29-da məqsədlərimizə nail olacağıq VİDEO

RedeTV: Braziliya Prezidenti kabinetində telefondan istifadəni qadağan edib

BMqT-nin Baş direktoru COP29 iştirakçılarını iqlim miqrasiyası probleminə xüsusi diqqət yetirməyə çağırıb