MİNGƏÇEVİRDƏ CÜDO ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mingəçevir Politexnik İnstitutunun idman zalında 1993-94-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə respublika turniri başa çatmışdır.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinə həsr edilmiş yarışın mükafatları uğrunda Gəncə, Mingəçevir, Zaqatala, Yevlax və Goranboydan 161 idmançı mübarizə aparmışdır. Turnirdə Fuad Xankişiyev (24 kq, Mingəçevir), Elton Ələkbərov (27 kq, Gəncə), Murad Xanbabayev (30 kq, Gəncə), Xəqani Xəlilzadə (34 kq, Mingəçevir), Novruz Səfərov (38 kq, Mingəçevir), Vüsal Quliyev (42 kq, Mingəçevir), Tural Bağırzadə (46 kq, Yevlax), Fariz Səfərov (50 kq, Mingəçevir), Eyvaz Həsənov (55 kq, Mingəçevir), Məhəmməd Məhərrəmov (60 kq, Gəncə) və Ramin Quliyev (60 kq-dan yuxarı, Mingəçevir) birinci yeri tutmuşlar.
Mingəçevir komandası ümumi hesabda birinci olmuşdur. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]