MİNGƏÇEVİRDƏ FƏALİYYƏT GÖSTƏRƏN HEYDƏR ƏLİYEV UNİVERSİTETİNİN 60–CI MƏŞĞƏLƏSİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti 60-cı məşğələsi keçirilmişdir.
Universitetin rektoru Məhəbbət Qarabağlı dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi sahəsində 5 il əvvəl fəaliyyətə başlamış universitetin gördüyü səmərəli işlərdən danışaraq dinləyiciləri əlamətdar gün münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu müddətdə 150 məruzə dinlənilmişdir. Qeyd olunmuşdur ki, hazırda universitetin Azərbaycan DRES-də, şəhərin mərkəzi xəstəxanasında, gənclər, idman və turizm idarəsində filialları fəaliyyət göstərir.
Sonra universitetin “Heydər Əliyev irsi milli ideologiyamızın zəngin mənəvi xəzinəsidir” mövzusunda növbəti 60-cı məşğələsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]