Minskdə MDB ölkələrinin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
Minsk, 15 yanvar, AZƏRTAC
Yanvarın 27-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının
iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki iqamətgahının mətbuat xidmətindən məlumat veriblər.
Öz növbəsində yanvarın 28-29-da elə orada, İcraiyyə Komitəsində “2015-ci ildə təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” XİN-lərarası məsləhətləşmələr keçiriləcək.
İclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edəcək.
Birliyin iştirakçısı olan dövlətlərin xarici siyasət idarələrində MDB problemləri ilə məşğul olan qurumların rəhbərləri əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək, 2014-cü ildə Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının həyata keçirilməsi barədə məlumatı dinləyəcək və 2015-ci il üçün eyni plan müəyyən edəcəklər.
Qazaxıstan tərəfinin məsləhətləşmələrin iştirakçılarına cari ildə MDB-də öz sədrlik konsepsiyası barədə məlumat verəcəyi gözlənilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]