MİR CƏLAL PAŞAYEV ADINA YENİ GƏMİ SUYA BURAXILMIŞDIR
PALMALİ Şirkətlər Qrupundan AZƏRTAC-a daxil olan məlumata görə, yeni gəmi Ukraynanın Odessa şəhərindəki Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında inşa edilmişdir.
Su tutumu 6970 ton olan gəminin uzunluğu 139,6 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6 metr, su altında qalan hissəsi 4,6 metrdir. O, Valetta şəhərinə təhkim olunmuşdur və Maltanın dövlət bayrağı altında üzəcəkdir. Qara və Aralıq dənizlərində, Atlantik okeanı sularında daşımalar həyata keçirəcək gəminin kapitanı Oqtay Qəniyevdir. Heyət isə 12 nəfərdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:33]
Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib
- 13.10.2026 [15:28]
® “iTicket” artıq “ABB mobile”da!
- 13.10.2026 [15:20]
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb
- 13.10.2026 [15:12]