Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir
Astana, 1 sentyabr, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi dövlətlərindən biri olan Qazaxıstan Azərbaycanın ŞƏT-də dialoq üzrə tərəfdaş dövlət qismində iştirakını müsbət qiymətləndirir.
Bunu AZƏRTAC-a Maqsut Narikbayev Universitetinin İdarə Heyətinin sədrinin müşaviri Miras Jienbayev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin dialoqu, əməkdaşlığı və Avrasiya qitəsinin geniş məkanında bölünməz təhlükəsizliyin təmin olunmasının ümumi prinsiplərini təşviq edən bütün regional formatlarda Azərbaycanın konstruktiv iştirakına verdiyi böyük şəxsi töhfəni xüsusi qeyd etmək olduqca vacibdir: “Bu gün Qazaxıstan və Azərbaycanın bu məkanda birgə inkişaf etdirdiyi bir sıra strateji təşəbbüslər, ilk növbədə, Orta Dəhliz təkcə beynəlxalq proseslərin mövcud dinamikasında son dərəcə mühüm əhəmiyyət daşıyan logistika təchizatının sabitliyi baxımından deyil, həm də daha geniş təhlükəsizlik kompleksinin – bütün Avrasiya məkanında bölünməz təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.
Müşavirin fikrincə, Orta Dəhliz layihəsi ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm cəmiyyət, həm də iqtisadiyyatın daha mürəkkəb sahələri üçün zəruri olan ən mühüm komponentlərin təchizat zəncirinin dayanıqlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT+ formatında görüşündə iştirakı ölkənin regionun ən dinamik inkişaf edən dövlətlərindən biri kimi konstruktiv rolunu, eləcə də ŞƏT-in geniş məkanında daha mürəkkəb dialoq və qarşılıqlı etimad mühitinin formalaşdırılması prosesində iştirak etmək istəyini təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.09.2026 [22:38]
Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb
- 01.09.2026 [22:10]
Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
- 01.09.2026 [21:58]