Misir nəşri Prezident İlham Əliyevin işğaldan azad edilmiş Hadrut qəsəbəsinə səfərindən yazıb
Qahirə, 18 mart, AZƏRTAC
Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Xocavənd rayonuna səfəri zamanı Hadrut qəsəbəsində söylədiyi fikirlərlə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi nədən öz xalqını aldadıb?” sərlövhəli məqalənin müəllifi Xalid əs-Şəmi dövlətimizin başçısının Hadrut qəsəbəsində Azərbaycanın dövlət bayrağını qaldırdığını qeyd edərək yazıb: “Prezident İlham Əliyev qeyd edib ki, 44 günlük müharibə zamanı dinc erməni əhalisi arasında çox cüzi itkilər olub. Çünki Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb. Azərbaycan Prezidenti bəyan edib ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar ancaq hərbi birləşmələrə qarşı döyüşüb və həlak olan erməni mülki əhalisinin əksəriyyəti də hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər olub”.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Hadrutun Azərbaycan Ordusunun nəzarətinə keçdiyi zaman Ermənistan rəhbərliyi öz xalqını aldadaraq bu qəsəbənin guya ermənilərin əlində olduğu barədə yalan informasiya yayır, öz xalqını aldadırdı. Məhz bu qəsəbənin ələ keçirilməsi Şuşanın işğaldan azad edilməsi üçün önəmli idi. Prezident İlham Əliyev Hadrut əməliyyatının dünyanın hərb elmində xüsusi yer tutacağını vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]