Misir Nümayəndələr Palatasına seçkilərin vaxtı müəyyənləşib
Qahirə, 11 sentyabr, AZƏRTAC
Misirdə Nümayəndələr Palatasına seçkilər oktyabrın 24-25-də keçiriləcək. Xarici ölkələrdə yaşayan Misir vətəndaşları isə həmin ayın 21-23-də səs verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının (MSK) sədri Ləşin İbrahim keçirdiyi mətbuat konfransında bildirib.
Komissiyanın sədri qeyd edib ki, seçkilərin ilkin nəticələri noyabrın 1-də elan ediləcək. Boş qalan yerlərə təkrar seçkilər isə noyabrın 23-24-də keçiriləcək. L.İbrahim ölkə vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb.
MSK-nin sədri bildirib ki, avqustun 19-da parlamentin yuxarı palatasına - Senata keçirilmiş seçkilərin nəticələri elan edilib. Onun sözlərinə görə, səsvermədə 8 milyon 959 seçici iştirak edib və seçici fəallığı 14,23 faiz olub.
Misir parlamentinə seçkilərdə 11 siyasi partiya iştirak edəcək. COVID-19 pandemiyası şəraitində keçiriləcək səsvermə zamanı məntəqələrin dezinfeksiyası, seçicilərin sosial məsafəyə riayət etməsi və qoruyucu maskalardan istifadəyə xüsusi diqqət yetiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]